Siyasət

  • 993

Tariximizin şanlı səhifələrindən...

image

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. Vətən müharibəsi başladığı gündən ən önəmli məntəqələrdən biri də məhz Füzuli rayonu idi.

Bu ərazidə düşmənin illərlə hazırladığı müdafiə xətti vardı. Eyni zamanda ermənilər hücumun məhz buradan olacağını zənn edirdilər. Olduqca böyük qüvvə ilə müdafiə təşkil etmişdilər. Füzuli şəhərinin müdafiəsi olduqca möhkəmləndirilmiş müdafiə xətləri ilə təşkil edilmişdir. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Cənab İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.Prezident İlham Əliyevin Sərancamı ilə 26 noyabr 2020 ci ildə "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Qazanılan qələbə Azərbaycan xalqının milli ruhunu daha da yüksəltdi və xalqımıza qələbəni daddırdı. Qalib gəlmiş xalqın hədsiz sevinci ilə keçən bu müddət ərzində azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər