Siyasət

  • 881

"Ermənistan nə yardan doyur, nə də əldən qoyur" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Ermənistan nə yardan doyur, nə də əldən qoyur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, yəni Ermənistan iki od arasında qalıb: "Bir tərəfdə Qərbə meyillənir, digər tərəfdə Rusiyadan qorxur. Ona görə də qəti, daha çevik addımlar atmaqda çətinlik çəkir. Bu yandan da Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsində də Ermənistan "kor tutduğunu buraxmaz" misalı ilə öz bildiyini etməyə çalışır. Amma unudur ki, uduzmuş tərəfdir. Şərtləri qəbul etməyə məcburdur. Belə bir vəziyyətdir.Əlbəttə ki, heç kimə və heç bir dövlətə arzu etməzdim belə durumu. Çünki həqiqətən də, çətin seçim qarşısındadırlar. Hansı tərəfə gedəcəklər? İt hürən tərəfəmi, işıq gələn tərəfəmi gedəcəklər? Hansı nicat tapacaqlar? Bütün bunlar onlar üçün qaranlıqdır. Amma bununla bərabər Azərbaycan dövləti və onun rəhbəri Ermənistana çıxış yolunu göstərib. O dövlətin çıxış yolu qardaş Türkiyə və Azərbaycan Respublikası ilə dil tapmaq, anlaşmaq, sülhə gəlmək, keçmişdə etdiklərini etiraf edərək Azərbaycana qucaq açmasıdır. Məcburdur ki, Azərbaycanla, Türkiyə ilə yaxınlaşsın. Bunu etməsi üçün nə Türkiyə tərəfdə, nə də Azərbaycan tərəfdə bir problem var. Belə problem yoxdur. Çünki bizim dövlətimiz də, Türkiyə də humanizm prinsiplərinə söykənən dövlətlərdir. Ona görə də Ermənistan Fransanın, Qərbin, Rusiyanın, İranın başını buraxıb məhz Azərbaycan və Türkiyə ilə anlaşmalıdır. Bu onların nicat, çıxış, inkişaf yoludur. Təəssüflər olsun ki, hələlik bunu tam anlamış deyillər. Azərbaycan da belə şeyləri hansı yollarla anlatmağı təcrübədə göstərib. Yəqin ki, növbəti dəfə belə təcrübəyə ehtiyac olmayacaq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər