Siyasət

  • 436

Qubadlı rayonu əvvəlkindən daha gözəl olacaq ŞƏRH

image

Məlum olduğu kimi, bu əlamətdar gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədar təsis edilmişdir. Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü il tarixdə ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsinin 29-cu günündə - 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək 30 illik əsarətə sonr qoymuş və üçrəngli bayrağımızı həmin ərazilərdə qürurla dalğalandırmışdır. Həmin gün həmçinin Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndi də işğaldan azad olunub.

Qeyd edək ki, bu tarixi gündə Prezident İlham Əliyev rəsmi tvitter səhifəsində bununla bağlı paylaşımlar etmişdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, “Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Yeri gəlmişkən, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Rayonun səthi əsasən dağlıqdır, iqlimi mülayim isti və quru subtropikdir. Bərgüşad, Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Bu çaylar suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Qubadlı kənd təsərrüfatı rayonudur. Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonun işğaldan azad olunması dövlətimizin iqtisadiyyatının daha da inkişafına təkan verəcək.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15243 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.Erməni vandalları işğal etdikləri rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Şanlı Qələbədən sonra Qarabağın hər guşəsində olduğu kimi Qubadlıda da abadlıq–quruculuq işləri gedir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Qubadlı rayonuna ilk səfəri 2020-ci il dekabrın 23-də olmuşdur. Səfər zamanı Qubadlının Xanlıq kəndi uğrunda şiddətli döyüşlər getdiyini xatırlayan dövlət başçısı həmin dövrdə ermənilərin bu kənddə özləri üçün hərbi istehkam, hərbi baza qurduqlarını, xaricdən gətirilən ermənilərin burada qanunsuz yollarla yerləşdirilərək qanunsuz məskunlaşma apardıqlarını, Cenevrə konvensiyalarına görə bunun hərbi cinayət olduğunu bildirmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər.

2021-ci ilin 25 oktyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ikinci dəfə Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.Dövlət başçımız İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna daha bir səfəri 2022-ci ilin 19 oktyabr tarixində baş tutmuşdur. Səfər çərçivəsində Prezident İlham Əliyev “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

2023-cü ilin may ayının 4-də Qubadlı rayonuna növbəti səfəri zamanı Prezident İlham Əliyev rayonun Zilanlı və Mahruzlu kəndlərinin təməlinin qoyulması mərasimlərində iştirak edib. Kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi üçün bütün lazımi şərait yaradılacaq. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binasının, həmçinin Qubadlı şəhərində tikiləcək inzibati binanın da təməlinin qoyulması mərasimlərində iştirak edib. Səfər zamanı Prezident İlham Əliyev ümum isahəsi 2,6 hektara yaxın olan və ümumilikdə 156 mənzilin tikintisi nəzərdə tutulan ilk yaşayış məhəlləsinin də təməlini qoyub. Bütün bu görülən işlərdən əlavə 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Ən əsası, Zəfər tariximizin memarı, Qarabağımızın xilaskarı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı rayonu əvvəlkindən daha da gözəl olacaq!

İlkin Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər