Siyasət

  • 518

17 oktyabr - Zəfərin Füzuli zirvəsi

image

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 4 il ötür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Bəli, Vətən Müharibəsinin hər gününü, hər anını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərmizlə, həmçinin xalqımızla qürur duyuruq. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu deyir. Və bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti ilə nail oluruq. Növbəti tarixi, zəfər günü Vətən Müharibəsinin 24-cü günü - . oktyabrın 17-də oldu. Azərbayca dövltinin və xalqının tarixinə yazılan 17 oktyabr. Azərbaycanın Füzuli şəhərinin işğaldan azad edildiyi gün.

Prezident, Ali Baş Komandan İlham Əliyev növbəti qələbə müjdəsinin xalqına çatdırdı. Dövlət başçısı xalqa müraciətində qeyd etdi ki, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir: “Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Dövlət başçısı onu da vurğuladı ki, 17 oktyabr Azərbaycan xalqının, füzulililərin, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib”.

“Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır”, -deyən Azərbaycan Prezidenti bir daha Ermənistanın faşist rəhbərinə sərt xəbərdarlığını edib: “Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!”

“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi…Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik»,- deyən dövlət başçısı vurğulayıb ki, bütün bu qələbələr Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin döyüş qabiliyyətinə və texniki təminata malik olduğunun göstəricisidir.

Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfərləri də məhz ilk şəhid verdiyimiz bu torpaqlar oldu. Dövlət başçısı Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Füzuliyə səfər edən Ali Baş Komandan elə həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Prezident bu yolu Zəfər yolu adlandırdı. 8 aya tikilən Qarabağın ilk hava qapısı - Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Prezident İlham Əliyev müraciətində onu da bildirib ki, o kəndlərə həyat qayıdacaq: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtılə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilib”.

Artıq Qarabağın bütün ərazisində olduğu kimi Füzulidə də bərpa işləri həyata keçirilir. Bu gün artıq demək olar ki, Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır. Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il “Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib: "Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram".

Bəli, budur qətiyyətin və milli dəyanətin təntənəsi. Budur, dünyasəviyyəli, cəsarətli lider! Budur, xalqın Prezidenti olmaq! Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bəli, bu gün həqiqətən də tarixi gündür. Füzulinin illərlə gözlədiyinin şahidi olduq. 30 ildən sonra Qarabağ səmasında simvolik məna olaraq "Qarabağ" adını daşıyan təyyarə Qarabağın ilk hava limanında eniş etdi. Bir sözlə, Qarabağın "səma qapıları" açıldı. Gözümüz aydın olsun və bu tarixi gün də Qarabağımız və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun! Çünki Qarabağ Azərbaycandır!!!

Bir sözlə, bütün bu reallıqlar birmənalı şəkildə onu deməyə əsas veriri ki, son 21 ildə yürütdüyü siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Qalib Lider, Prezidnti İlham Əliyev ölkəmizi daha möhtəşəm qələbələrə, zəfərlərə doğru aparır və aparacaq!. Çünki bizim 34 ildən sonra işğal olunan torpaqlarımızı öz sərkərdəliyi və qətiyyəti ilə azad edən, dövlətimizi qalib dövlət kimi dünyaya təqdim edən bir LİDERİ var.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Digər xəbərlər