Siyasət

  • 1 332

“Gürcüstan bütün məsələlərdə çəkici bir zindana vurur" - ŞƏRH EDİLDİ

image

“Gürcüstan ümumiyyətlə Azərbaycanla demək olar ki bütün məsələlərdə çəkici bir zindana vurur, yəni özəlliklə də indiki Gürcüstan hakimiyyəti, prezident istisna olmaqla bilirsiniz ki, Gürcüstan prezidenti Fransa vətəndaşı, Fransanın göndərdiyi, yerləşdirdiyi və həqiqətən də Güney Qafqazın maraqlarına zidd davranışları ilə hətta Gürcüstan xalqının və bütövlükdə dövlətinin maraqlarına zidd davranışları ilə diqqət mərkəzindədir. Amma Gürcüstan hökuməti baş nazir İrakli Kobahidze başda olmaqla Azərbaycanla, eləcə də region ölkələri ilə çox gözəl münasibətlərə sahibdir. Bu da bizim bir dövlət olaraq maraqlarımıza xidmət edir. Yəni Gürcüstanda hazırkı hakimiyyət özəlliklə də Qərbdən gələn diktəyə boyun əymir. Necə ki Azərbaycanın üzərinə gəlinir Qərbdən, eləcə də Gürcüstanın üzərinə gəlinir və belə bir şəraitdə əlbəttə ki Gürcüstan Azərbaycanla eyni mövqedən çıxış edirsə bu da bizim xeyrimizədir. Çünki biz bir dövlət olaraq heç bir xarici qüvvənin diktəsinə boyun əymək istəmirik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Azər Həsrət sözlərinə belə davam edib: “Ümumiyyətlə bizim üçün xarici qüvvələrin bizə nəysə diktə etməsi maraqlı deyil. Biz bunu istəmirik, arzulamırıq. Eyni qaydada Gürcüstan da çalışır ki, müstəqil siyasət yürütsün. Gürcüstan hakimiyyəti həm dövlətin, həm də xalqın maraq və mənafelərinə uyğun davranışlar sərgiləyir. Belə bir şəraitdə də onlar Qərbin davamlı basqıları altındadırlar. Ayrı-ayrı ölkələrin parlamentləri belə Gürcüstana qarşı qərarlar, qətnamələr, qınamalar dərc edir. Yəni belə bir şəraitdə Gürcüstanda seçki keçiriləcək və bu seçkidə revanşist qüvvələr qalib gəlmək istəyəcək, baxmayaraq ki hazırkı vəziyyətdə onların sayı olduqca azdır. Amma bunu belə nəzərə almadan Qərbdəki müəyyən mərkəzlər və dövlətlər o qüvvələrə dəstək verir, çalışır ki həmin qüvvələri küçələrə töküb Gürcüstanı qeyri-sabitlik zolağına sürükləsin.Biz isə düşünürük ki, Gürcüstanda sabitliyin davam etməsi nəinki Azərbaycanın, bütövlükdə Güney Qafqazın xeyrinədir. Nəzərə alaq ki, 3 Güney Qafqaz dövlətindən biri Ermənistan mərkəzdən qaçma yanaşması ilə diqqət çəkir, yəni Qafqazı düşünmək yerinə Fransa başda olmaqla Qərbdə müəyyən mərkəzlərin və dairələrin, dövlətlərin uzantısına çevrilib, onların buyruq quluna çevrilib. Amma Gürcüstan belə deyil. Gürcüstan çalışır ki, müstəqil siyasət yürütsün. Bu da özünün müstəqil mövqeyi ilə seçilən Azərbaycan üçün uyğun variantdır. Yəni, bu baxımdan biz o seçkini diqqətlə izləyəcəyik. Təbiidir ki, daxili işlərə qarışmaq imkanımız yoxdur. Amma arzu edirik ki, Gürcüstandakı hazırkı status-kvonun saxlanılsın”.

Ayşən Vəli

Digər xəbərlər