Siyasət

  • 1 255

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib.

Əvvəlcə ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərə sadiqliyini nümayiş etdirir. G.Bayramov COP29-la bağlı ölkəmizdə və rayonda aparılan genişmiqyaslı işlərdən, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib.
Daha sonra Alıuşağı kənd tam orta məktəbin direktoru Musa Əsədov, Əhmədbəyli kənd tam orta məktəbin müəllimi Ayşən Quliyeva və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova çıxış edərək COP29-un bu il Azərbaycanda keçirilməsini tarixi hadisə kimi dəyərləndiriblər.

Digər xəbərlər