PDF Oxu

Siyasət

  • 2 007

Zəngilan şəhərinin dünəni və sabahı ŞƏRH

Zəngilan şəhərinin dünəni və sabahı ŞƏRH

20 oktyabr 2020ci il tarixi Azərbaycanımızın hərb tarixinə qızıl hərflərlə yazılmış tarixdir.Bu tarixdə ordumuz daha bir füsunkar şəhərlərimizdən,rayonlarımızdan biri olan Zəngilan şəhərini düşmən tapdağı altından azad etmişdir.Təəssüfki ölkəmiz iki əsrdi bəzi qonşu ölkələr tərəfindən bir sıra təzyiqlərə məruz qalaraq,işğallarla üzləşmişdir.Ancaq ən güclü torpaqlarımızın parçalanması dönəmi Qafqazın Rusiya tərəfindən işğal edilərək ölkəmizdə bir sıra inzibati bölgülərinin aparıldığı dönəm olmuşdur.1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının "təhlükəsizlinin təminatçısı" olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi.Və beləliklə Azərbaycan növbəti dəfə öz torpağının bir hissəsini itirmiş oldu.Təbiiki bu ilk deyildi.Ölkəmiz yenə o dövrün yarıtmaz rəhbərliyinə görə növbəti işğala məruz qalacaqdı.Təəssüfki növbəti işğallar arasında Zəngilan rayonu da yer tuturdu.Zəngilan rayonu isə olduqca gözəl və füsünkar həm təbiətə həmdəki dərin tarixə malikdir.Rayon ərazisində bir sıra Azərbaycana aid milli tarixi və dini abidələr mövcuddur.Şəhərdə olan tarixi irs obyektləri arasında XVII–XVIII əsrlərə aid İmam Hüseyn məscidi,digər məscidlər həmçinin alban kilsələri və Şərifan abidələri və.s kimi bir sıra abidələr rayonun nə qədər tarixi abidələrə malik olduğunu göstərir.Lakin erməni vandalizmi bu cür abidələrdəndə yan keçməmiş işğal dövründə abidələr talanaraq məhv edilmişdir.Nəticədə bu vandalizmin ən böyük fəsadı isə qocaman bir tarixin məhv olması idi.Rayon zəngin tarixə malik olduğu kimi zəngin təbiətə və gözəl relyefə malikdir.Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı-dəniz səviyyəsindən 1304 metr yüksəkdir) Bazarçayla Oxçuçay arasında "Ağ oyuq" maili düzünü (dəniz səviyyəsindən 400–600 metr yüksəkdir) əmələ gətirir. Şimal-şərqdən Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən çölündən keçir. Qərbdən Meğri (Mehri-Güney) silsiləsinin kənarı Şükrətaz dağı (dəniz səviyyəsindən 2270 metr yüksəkdir) yerləşir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayonun bitki örtüyü Araz palıdı bitən kserofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.

Zəngilanın faunası belədir: rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Eləcə də ərazidə dağ keçisi, tülkü, boz dovşan, canavar, quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin geniş yayılmışdır.Ancaq vandalizmin fəsadları rayonun təbiətinədə böyük zərər vurmuş və məhv etmişdir.Cənab Prezidentimiz İlham Əliyevin Zəngilana səfəri zamanı Zəngilan ictimaiyyəti ilə görüşündə səsləndirdiyi fikirlər və sözlər bir daha Azərbaycanın uzaqgörən və güclü siyasətcil prezidentə həmçinin güclü orduya sahib olduğunun göstəricisidir.Zəngilan Azərbaycandır!

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının fəal gənci

Digər xəbərlər