Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.Rayon işğal edilərkən 1 şəhər,5 qəsəbə və 83 kənddən ibarət idi.Sahəsi 73 kv2 əhalisi 45 mindən çox olub.İşğaldan sonra əhali məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Ermənilər işğal etdikləri ərazilərimizdə daşı – daş üstə qoymayıblar.Digər rayonlarımız kimi Zəngilandada abidə genosidi yaşadıblar.Tarixi – dini abidələrimizi , tarixi memarlıq abidələrimizi məhv ediblər.Beş məscid,Alban kilsəsi ,19 Ziyarətgahlarımız, 17 tarixi memarlıq abidəmiz Erməni silahlı qüvvələri tərəfindən darmadağın edilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.Zəngilan şəhəri , rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Ali baş komandanımız şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 6974 hərbi qulluqçunu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif etdi.XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub.Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə ZSFSR-nın qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.
Müzəffər Ali baş komandan İlham Əliyevin azad olunmuş rayonlara səfəri çərçivəsində dəfələrlə Zəngilanda olmuşdur. 23.12.2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Zəngilan sakinləri ilə görüşmüşdür. Onun azad edilmiş ərəzilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq, quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır həyat öz axarına düşür. İllər ötsədə bu şanlı zəfərləri nəsildən-nəsilə ötürəcək, xatirəsini əbədiləşdirəcək.Bütün qələbələr Ali Baş Komandanımız İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət etsin!20 oktyabr 2020–ci ildə Zəngilan şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Zəngilan rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri