Siyasət

  • 994

“Müstəqil və suveren Azərbaycan”

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Ağcabədi Rayon İcra hakimiyyətinin birgə təşkilatçıliğı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə “Müstəqil və suveren Azərbaycan” mövzusunda təbrik keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Ağcabədi Pedaqoji Kollecinin direktoru Bəxtiyar Əliyev, ADPU-nun Ağcabədi filialının direktor müavini Mahir Səlimov, rayon “ASAN” xidmət mərkəzinin direktoru Rəhim Qarayev, 5 saylı uşaq bağcası-körpələr evinin müdiri Gülşən Həsənova Müstəqilliyin Bərpası Gününün tariximizin ən şərəfli səhifələrindən biri olduğunu deyiblər. Natiqlər diqqəti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əhəmiyyətinə yönəldiblər. Qeyd olunub ki, bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Sonda Yeni Azərbaycan Partyasının Himni səsləndirilib.

Digər xəbərlər

Türkiyə Prezidenti xalqımızı təbrik edib

Müstəqilliyin Bərpası Günü münasibətilə

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

"Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik"

XİN: Fransalı nazirin Azərbaycanla bağlı fikirləri beynəlxalq hüquqa səthi yanaşmanın göstəricisidir

“İsrail-İran müharibəsi böyük ehtimaldır”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki ...