Siyasət

  • 1 041

Tarixin şərəfli anı

image

Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz yeni tarix yazaraq Zəngilan şəhəri və rayonun 6 kəndini erməni işğalından azad etdi. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.
İşğalçılar, həmçinin Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq xarici ölkələrə satıblar.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan Bayrağını ucaldıb. Artıq Zəngilanda abadlıq-quruculuq işləri sürətli mərhələyə qədəm qoyub və Böyük Qayıdış Proqramı bu ərazilərimizdə uğurla reallaşır. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, 2022-ci ilin iyul ayında rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu.
Bəli, artıq 20 oktyabr tarixi Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Ali Baş Komandan İlham Əliyevin diplomatik siyasəti, əzmkarlığı, polad iradəsi və Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində geri qaytarılan Zəngilan rayonunda Azərbaycan Bayrağının dalğalanması bizə tarixin ən şərəfli anlarını yaşadır. Bu möhtəşəm Qələbələr dövlət başçısının milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, xalq-iqtidar-ordu birliyinin məntiqi nəticəsidir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər

Türkiyə Prezidenti xalqımızı təbrik edib

Müstəqilliyin Bərpası Günü münasibətilə

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

"Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik"

XİN: Fransalı nazirin Azərbaycanla bağlı fikirləri beynəlxalq hüquqa səthi yanaşmanın göstəricisidir

“İsrail-İran müharibəsi böyük ehtimaldır”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki ...