Siyasət

  • 695

İsa Həbibbəyli 75 il təbrik

image

Elminin və əməlinin işığında ucalan insan

Akademik İsa Həbibbəyli haqqında özümə mənəvi borc bilirəm ki, bəzi ürək sözlərimi ifadə edim.

Azərbaycan Milli Elmlər Akademiyasında 25 illik əmək fəaliyyətimin və bu illərin böyük bir hissəsində İsa müəllimi yaxından tanımaq şansımın olması, eləcə də onu tanıdıqca məni düşündürən bəlkə də tutduğum yolda İsa müəllimin şəxsiyyətindən, təfəkküründən öyrənmək ehtiyacım məndə mənəvi haqq yaradıb. Çünki akademik İsa Həbibbəylinin ömür yolu Vətəninə, Dövlətinə sədaqətlə xidmətin gözəl bir nümunəsidir. Bu nümunədə elminin və əməlinin işığında ucalan müdrik insanın simasını görmək mümkündür. O, bir tərəfdən bu nümunəni öz iş prinsipində çox mükəmməl tətbiq edən alim, ideya carçısı və elm təşkilatçısıdır, digər tərəfdən isə gənc və orta nəsli aydın zəkaya kökləyən, faydalı biliklərin cəmiyyətimizin şüurlu şəkildə əxz etməsinə, Ulu öndər Heydər Əliyevin irsinə olan sonsuz sədaqəti və məhəbbəti ilə geniş ictimaiyyətə təlqin edən şəxsiyyətdir.

Mənim müşahidə qabiliyyətim həm də onu deməyə əsas verir ki, İsa müəllim hər şeyi dərindən analiz edib ədalətli qərar qəbul edir və həmişə vicdanı önə çəkir, bütün məsələlərə həssas yanaşır, heç nə onun diqqətindən yayınmır. Fərd və şəxsiyyət faktorunda konseptuallığın və bitkinliyin faydasını önə çəkir. Əslində belə yaşamağı insan ömrünün şərəfi kimi qiymətləndirir.
İsa müəllimin 2013-cü ildən mənim fəaliyyətimə diqqət etdiyini son illər dərk etdim. O, bu fəaliyyətdə nəyi tapmışdısa mənim ən böyük mükafatımdır, çünki mən həmişə qarşıya qoyduğum məqsədləri zəhmətin və şəffaflığın fonunda reallaşdırmağa çalışmışam. Bütün bunların fonunda İsa müəllimin zəkasına, diqqətinə, təcrübəsinə, qəbul etdiyi qərarlara yaxından bələd olduqca özümdə çox ciddi məsuliyyət hiss etmişəm və həmişə düşünmüşəm ki, bu yol Ulu Öndər məktəbinin bizi birləşdirən qayəsidir.

İsa müəllimi –nəsillərə örnək olan böyük ustadımızı ömrünün müdrik çağında ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayıram.

SƏNAN HƏSƏNOV
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Ulu öndər Heydər Əliyev irsinin tədqiqatçısı, aparıcı elmi işçi

Digər xəbərlər

Türkiyə Prezidenti xalqımızı təbrik edib

Müstəqilliyin Bərpası Günü münasibətilə

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

"Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik"

XİN: Fransalı nazirin Azərbaycanla bağlı fikirləri beynəlxalq hüquqa səthi yanaşmanın göstəricisidir

“İsrail-İran müharibəsi böyük ehtimaldır”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki ...