Siyasət

  • 579

Şərəf və qürur tariximiz ŞƏRH

image

Zəngilanın işğaldan azad olunması ilə nəticələnən Qələbə ruhlu 20 oktyabr 2020-ci il tarixi şərəf və qürur tariximizə çevrilib. Qazanılan bu Zəfər təkcə silahın gücü deyil, həm də Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən üzaqgörən siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Zəngilan şəhərinin azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrdən biridir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.

Məlum olduğu kimi, Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbəvə 83 kənddən ibarət idi. Sahəsi 73 kv2 əhalisi 45 mindən çox olub. İşğaldan sonar əhali məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Ermənilər işğal etdikləri ərazilərimizdə daşı – daş üstə qoymayıblar. Digər rayonlarımız kimi Zəngilanda da abidə genosidi yaşadıblar. Tarixi – dini abidələrimizi, tarixi memarlıq abidələrimizi məhv ediblər. Beşməscid, Albankilsəsi, 19 Ziyarətgahlarımız, 17 tarixi memarlıq abidəmiz erməni silahlı qüvvələri tərəfindən darmadağın edilmişdir. Rayonun İmam Hüseynməscidi, Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə kimi dini və tarixi abidələri dağıdılıb. Zəngilanın 132 kilometrlik Azərbaycan-İran sərhədi də bu dövrdə işğal altına düşmüş, lakin 2020-ci ildə tam bərpa edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayanVətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Ali Baş Komandanımız şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 6974 hərbi qulluqçunu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş rayonlara səfəri çərçivəsində dəfələrlə Zəngilanda olmuşdur. 23.12.2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Zəngilan sakinləri ilə görüşmüşdür.

Zəngilanın azad olunması yalnız hərbi Qələbə ilə yekunlaşmadı. Bu rayon həm də Böyük Qayıdış Proqramının ilk mərhələsində bərpa olunan ərazilərdən biri oldu. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” layihəsi olaraq bərpa edildi. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün fəxrlə deyə bilərik ki, Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var, burada günəş enerjisinin böyük potensialı var. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarətdir. Eyni zamanda, Zəngilan ərazisində həyata keçirilən infrastruktur layihələri də bölgənin iqtisadi və social həyatına yeni nəfəs verib. Horadiz-Zəngilan-Ağbənd dəmiryolu və Zəngilan-Horadiz avtomobil yolu Azərbaycanın digər bölgələri ilə əlaqələri gücləndirəcək. Bu yolların tikintisi ilə Naxçıvana və buradan beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış təmin ediləcək. Məlumdur ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Bu rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. 2025-ci ilədək Zəngilan şəhərinin ilk sakinləri öz torpaqlarına qayıdacaq və bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Bütün bu bərpa işləri Zəngilanın strateji əhəmiyyətini daha da artırır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonar Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri xalqımızın yaddaşına unudulmaz anlarla yazılır. Dövlət başçısının apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər

Türkiyə Prezidenti xalqımızı təbrik edib

Müstəqilliyin Bərpası Günü münasibətilə

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

"Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik"

XİN: Fransalı nazirin Azərbaycanla bağlı fikirləri beynəlxalq hüquqa səthi yanaşmanın göstəricisidir

“İsrail-İran müharibəsi böyük ehtimaldır”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki ...