Siyasət

  • 462

“Böyük qayıdış” proqramı uğurla reallaşdırılır ŞƏRH

image

Azərbaycan Respublikasında inzibati-ərazi vahidi olan Zəngilan rayonu, Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.Sadəcə təbiətin zənginliyi, gözəlliyi ilə deyil, həm də insanlarının mərdliyi, qəhrəmanlığı, vətənsevərliyi ilə seçilən bu tarixi yurd yerimiz mənfur düşmən tərəfindən işğal olunan sonuncu rayonumuz idi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, rəşadətli Ordumuzun sayəsində xalqımız bu gün təqvimdə hüznlə işğal günlərini deyil, böyük sevinc və coşquyla qələbə tarixlərini qeyd edir. Belə günlərdən biri Zəfər tariximizin şanlı səhifələrindən olan Zəngilan qələbəsidir. 20 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu işğaldan azad olundu.

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 20-də xalqa müraciətində deyirdi: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə oldular. Müzəffər Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaltdı.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verir. Dünyada ikinci, Avropada isə birinci Çinar meşələri ilə tanınan Zəngilan üçün yeni dövr başlayır.

Bu gün “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunda bərpa-quruculuq işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin göstərişi əsasında birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi prosesi davam etdirilib. Belə ki, əlavə 150 ev, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlər inşa edilib. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-cü ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Bu gün Azərbaycan öz gücünə işğaldan azad olunmuş ərazilərin bərpasını sürətlə davam etdirir. Hər bir şəhər, hər bir kənd həyatının yeni mərhələsini yaşayır, “Böyük qayıdış” proqramı uğurla reallaşdırılır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər

Türkiyə Prezidenti xalqımızı təbrik edib

Müstəqilliyin Bərpası Günü münasibətilə

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

Bakı və İrəvan qərar verməlidir...

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

"Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik"

XİN: Fransalı nazirin Azərbaycanla bağlı fikirləri beynəlxalq hüquqa səthi yanaşmanın göstəricisidir

“İsrail-İran müharibəsi böyük ehtimaldır”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki ...