Siyasət

  • 2 164

Türkiyəli nazir Azərbaycanı təbrik edib

image

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qarabağ müharibəsində qələbə ilə azad edilmiş ərazi üzərində ucalan Zəngilan Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. SİA xəbər verir ki, nazir bununla bağı "X"dəki hesabına yazıb.

O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açılışını etdyi Zəngilan Hava Limanı Azərbaycanın inkişafı yolunda yeni səhifə açıb.

Nazir əminliyini bildirib ki, bu qardaşlıq ilə gələcək inkişaf daha parlaq olacaq.

Digər xəbərlər