Qubadlı uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. 44 günlük Vətən müharibəsi dövründə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan uğrunda olduğu kimi Qubadlı uğrunda da şiddətli döyüşlər gedib. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın hər qarışı uğrunda xüsusi fədakarlıqla döyüşüb. Başqa sözlə desək, Qubadlı torpaqları da şəhidlərimizin qanı bahasına azad edilib. O cümlədən, Milli Qəhrəmanımız polkovnik Şükür Həmidov da öz doğma diyarı uğrunda qəhrəmancasına döyüşərək şəhid olub.Bu döyüşlərdə üzləşdikləri məğlubiyyət nəticəsində ermənilərə təkcə hərbi müstəvidə yox, həmçinin mənəvi-psixoloji baxımdan da ağır zərbə vurulub. Eləcə də, Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikasını məhv edən Ordumuz həmçinin çoxlu sayda müxtəlif döyüş texnikaları ələ keçirib. Ordumuzun davamlı hücumları qarşısında duruş gətirə bilməyən düşmən ordusu öz döyüş texnikalarını, hərbi sursatlarını nə istifadə etməyə, nədəki xilas etməyə macal tapmayaraq qorxaqcasına atıb qaçıb.Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir. Kəndlərin əksər hissəsidə Həkəri və Bərgüşad çayları ətrafında yerləşirdi. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı. Qubadlıda bundan başqa mərmər karxanası da var idi.
Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, yerləşir. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir.
İşğaldan qabaqkı illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. İşğal nəticəsində 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası tikilib.Dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.Bundan başqa, bu il may ayının 4-də Prezident İlham Əliyev Qubadlı rayonunun Zilanlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. Bildirilib ki, kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.
Həmin gün dövlət başçısı Qubadlı rayonunun Mahruzlu kəndinin də təməlini qoyub. Mərasimdə qeyd edilib ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.İlham Əliyev mayın 4-də, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib. Bildirilib ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Göründüyü kimi Qubadlının yenidən qurulması istiqamətində cənab prezident şəxsən iştirak edir. Bu, dövlətin ali rəhbərliyinin vətənə bağlılığıdır.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri