Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldıb. Vətən Müharibəsinin hər gününü, hər anını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərmizlə, həmçinin xalqımızla qürur duyuruq. Və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən son gününə kimi sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu deyir. Bütün bunlara isə Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti ilə nail oluruq. Növbəti tarixi, zəfər günü Vətən Müharibəsinin 24-cü günü – oktyabrın 20-si Zəngilanın işğaldan azad edildiyi gün. Prezident İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində bildirdiyi kimi, "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir".
Cənab Prezident həmin gün etdiyi müraciəti zamanı: «Biz öz missiyamızı yerinə yetiririk», - deyərək bildirib ki, düşmənə layiqli cavab veririk: "Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"
Bu yerdə bir tarixi və mühüm məqamı da vurğulamaq istərdim ki, bu gün dillər əzbəri olan "Qarabağ Azərbaycandır!" kəlməsinin deyildiyi tarix də var. Prezident İlham Əliyev düz 20 il əvvəl – 2004-cü il martın 1-də Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibəsində demişdi bu kəlməni... O bunu beynəlxalq arenada səsləndirərək Ermənistana və onu müdafiə edənlərə dəqiq mesaj vermişdi: «Azərbaycanın mövqeyi aydındır və dəfələrlə bəyan edilib. Bu bəyanatlarla indiyədək tanış olmağa imkanınız olmayıbsa, mən sizin yadınıza salım: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə, yaxud Ermənistanın bir hissəsi olmasına razılıq verməyəcək. Dağlıq Qarabağ Azərbaycanındır!»
Bəli, artıq 4 ildir ki, Azərbaycan xalqı olaraq tariximizin ən əlamətdar, möhtəşəm, qürurlu anlarını yaşayırıq. Zəfər sevinci daddıq, illərlə həsrət qaldığımız Vətən torpaqlarımız bütövlüyünə qovuşdu, yüzminlərlə soydaşımız məcburi köçkünlük yükündən azad oldu. Ən mühüm məsələ isə, dövlət başçımızın söylədiyi kimi: «işğaldan azad olunan torpaqlarımızı cənnət məkana çevirək». Məhz Vətən müharibəsi başa çatdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlara, o cümlədən Zəngilana səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində daim diqqəti hazırkı dövrün əsas hədəfi olan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldir. Hazırkı dövrün reallığı budur ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi «bir millət, iki dövlət» qardaşlığının əbədi və daimi olduğunun dünyaya bir mesajı oldu.
Qeyd edim ki, dövlətimizin başçısı yenə də 2004 –cü il martın 1-də jurnalistlərə müsahibəsində Azərbaycan-Türkiyə qardaşlığının möhkəm olduğundan daqışaraq Ermənistanla sərhədi açmaq üçün Türkiyəyə böyük təzyiqlərin olduğunu bildirmişdir: «Həmin dövrdə də Azərbaycanın yanında olan qardaş ölkə qətiyyəti ilə bunun qarşısını aldı. Mən Baş nazir vəzifəsində işləyərkən Ankarada cənab Ərdoğanla bu barədə söhbətim olub. Baş nazir cənab Ərdoğan məni bir daha əmin etmişdi ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər heç vaxt açmayacaq. Mənim üçün bu kifayətdir. Yəni əgər mən bu sözü eşitmişəmsə, mənə hər hansı başqa izahat lazım deyil».
Göründüyü kimi, ulu öndərimizin uzaqgörən siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə siyasəti bu beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə zəfərlə həll etdi.
Tarixi həqiqətlər göstərir ki, Azərbaycan-Türkiyə dostluğu etibarlı dəyərdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi: “Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”.
Bəli, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”i hələ çox Zəfərlər gözləyir! Çünki bu gün Ulu Öndər Heydər Əliyevin adı türk dünyasının birlik rəmzidir. Əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin ən son əyani sübutu 2022-ci il oktyabrın 20-də iki qardaş ölkə rəhbəri – Cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı bunu bir daha təsdiqlədi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi. Ən əsası isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci böyük hava limanın açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan birliyinin, möhtəşəm dostluğunun daha bir nişanəsidir. Ən əsası isə, xalqımız və bütün dünya 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər və Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyinin əyani nümunəsidir. Bundan əlavə 2021-ci ilin 15 iyununda Şuaşda şəhərində tərəflər “Şuşa Bəyannaməsi”ni imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir.
Bir sözlə, Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi «bir millət, iki dövlət» qardaşlığının əbədi və daimi olduğunun dünyaya bir mesajı oldu. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Və Azərbaycan-Türkiyə bütün çətin anlarda xalqının birliyi ilə, iqtidarının səyi ilə həmişə qalib olacaq!!!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri