İstənilən vaxt sosial şəbəkələrə nəzər yetirsən orada Əli Kərimli öndə olmaqla cəbhəçi trollarının və xaricdəki antimilli ünsürlərin Azərbaycan xalqını və dövlətini təhqir edən, müxtəlif vətənpərvər insanlara qarşı çirkin ittihamlarla çıxış edən statuslarına rast gəlmək və ya videolarını izləmək olar. Sanki bu gerizəkalı məxluqlar İlon Maskın, Pavel Durovun və Mark Zukerberqin muzdlu işçiləridir, gecə-gündüz onların sifarişi ilə sosial şəbəkələrdə küllənirlər. Yazdıqları rüsvayçı fikirlərə, paylaşdıqları +18 videolara görə nə utanır, nə də xəcalət çəkirlər. Cəmiyyətin haqlı iradı, tövsiyə və məsləhətləri də onları yanlış yoldan çəkindirmir. Əksinə, xalqın tələbinə qarşı dirəniş göstərməklə islah olunmaları mümkün olan məxluqlar olduqlarını nümayiş etdirirlər. Vəziyyət o həddə çatıb ki, artıq təxribatlarını, pozucu aktlarını da sosial şəbəkələr üzərindən yaymağa, təbliğ və təqdim etməyə cəhdlər göstərirlər. Belə fəaliyyət qanunazid hesab olunsa da, onlar Azərbaycanın azad, demokratik bir dövlət olmasından sui-istifadə etməklə öz pozucu əməllərini sosial şəbəkələr vasitəsi ilə yayırlar. Əli Kərimli məhkəməyə verilməsini və iddiaçı tərəfin onu xüsusi ittiham qaydasında cəzalandırılmasından qorxuya düşərək hay-küy qaldırıb, cəmiyyəti təhdid edən açıqlamalar verir, statuslar paylaşır. O günləri isə Nəsimi rayon məhkəməsi önündə trollarının və məram və məqsədlərini anlamayan insanların iştirakı ilə aksiya təşkil etdi. Aksiyanı sosial şəbəkələr üzərində canlı olaraq yayan Ə.Kərimli və trolları açıq şəkildə hüquq-mühafizə orqanlarına qarşı ittihamlar irəli sürüb, sabitliyə xələl gətirə biləcək addımlar atacaqlarını bəyan etdilər.
Əli Kərimlinin trolluq etməsi təəccüb doğurmur
Ə.Kərimli “Siyasi partiyalar haqqında qanun”un və “Sərbəst toplaşmaq haqqında qanun”un tələblərini pozmaqla, qarşıdurma yaratmağa və pozuculuq aktları törətməyə hazır olan tör-töküntülərini oktyabrın 22-i saat 14:30-da məhkəmə qarşısına toplamağa çağırıb. Ehtimal olunur ki, Ə.Kərimli və trolları məhkəmə qarşısında icazəsiz mitinq təşkil edəcək və təlimat gələrsə hüquq-mühafizə orqanlarının üzərinə hücum çəkib qarşıdurma yarada bilərlər.
AXCP-dəki mənbəmizin verdiyi məlumata görə, Əli Kərimli məhkəmədə haqqında iddia qaldırmasından ciddi şəkildə qorxuya düşüb. O, cəzadan yayınmaq üçün hər cür trolluq edir və hay-küy qaldırır. Lakin dərk etmir ki, neçə -neçə gəncin həyatını populist çıxışları, qeyri-qanunu çağırışları ilə alt-üst edib. İcazəsiz aksiyalara məram və məqsədlərini anlamayan gəncləri cəlb etməklə onların asayişin keşiyində dayanan polis tərəfindən saxlanmalarında vasitəçi olub. Hazırda etdiyi pisliklərin, göstərdiyi yanlışlıqların, apardığı yarıtmaz siyasətinin bədəlini ödəməkdədir. AXCP MNTK-ın sədri Aydın Əliyev partiya daxilində qatı diktatura rejimi qurduğuna və məhkəmə qərarlarını icra etmədiyinə və onun şərəf ləyaqətini təhqir etdiyinə görə Ə.Kərimlinin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir.
Aydın Əliyev məhkəmə vasitəsi ilə pozulmuş siyasi hüquqlarının bərpasına nail olsa da...
Məlum olduğu ki, Ə.Kərimli partiya nizamnaməsinə və qanunvericiliyinin tələbinə uyğun olaraq fəaliyyətə üstünlük verməsini həzm edə bilmədiyindən A.Əliyevi AXCP MNTK-nın sədrliyindən və partiya üzvlüyündən azad edilməsinə nail olub. Lakin A.Əliyev də Ə.Kərimlinin özbaşınalığı ilə razılaşan şəxslərdən olmadığını məhkəməyə üz tutmaqla nümayiş etdirib. A.Əliyev məhkəmə vasitəsi ilə pozulmuş siyasi hüquqlarının bərpasına nail olsa da, Ə.Kərimli uzun müddətdir ki, məhkəmənin qərarını icra etməkdən imtina edib. Bu da bir daha Ə.Kərimlinin demokratik idarəetmə prinsiplərinə dözümsüz olduğunu göstərir. Baxmayaraq ki, o hər fürsət də azad, demokratik cəmiyyət quruculuğundan, siyasi pürralizmdən danışır. A.Əliyevə və digər cəbhəçilər qarşı hegemon münasibəti isə onu təsdiq edir ki, danışdıqları sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Bu azmış kimi Ə.Kərimli qanunlara qarşı çıxmaqla icazəsiz mitinqlər vasitəsi ilə şəhərdə iğtişaşlar törətməyə, qarşıdurmalar yaratmağa çalışır. Ancaq əminliklə demək olar ki, hər zaman asayişin qorunmasında, sabitliyin təmin olunmasında öz prinsipiallığı, qətiyyəti ilə seçilən Azərbaycan polisi bu dəfə də Ə.Kərimli və onun trol dəstəsinin şəhərdə qarışıqlıq yaratmalarına imkan verməyəcək. Pozuculuğa, qarşıdurmalara səy göstərən istənilən şəxs, o cümlədən təlimata uyğun olaraq fəaliyyət göstərən Ə.Kərimli və onun ətrafında fırlanan trollar qanunun sərt üzünü də görəcəklər.
İLHAM ƏLİYEV