PDF Oxu

Siyasət

  • 1 427

Şəmkirdə “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar keçirilmişdir TƏDBİR

Şəmkirdə “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar keçirilmişdir TƏDBİR

Oktyabrın 19-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assossasiyası”nın idarəçiliyi ilə ŞəmkirGənclər Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunun qrup mərhələsinə start verilib.

Yarışdan öncə Ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzülərək onun əziz xatirəsi yad edilmişdir.

Sonra isə yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Açılış mərasimində çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavinləriRüfət Sahibsoy, Aynur Abdullayeva, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov komandalara uğurlar arzulamış, qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclərin olması çox sevindiricidir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi: -" gənclər bizim gələcəyimizdir". Vurğulanmışdır ki, bu yarışa qatılan hər bir gənc özünü qalib hesab edə bilər. Belə intellektual yarışlarda təmsil olunmaq Ulu Öndər Heydər Əliyev ideyalarına, Prezident cənab İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir. Gəncə şəhərinin, Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı, Daşkəsən rayonlarının komandalarının iştirak etdiyi bilik yarışında, gərgin mübarizənin nəticəsi olaraq 1-ci yerdə Gəncə şəhərinin komandası, 2-ci yerdə Gədəbəy, 3-cü yer isə Tovuz rayonu qazanmışlar.

YekundaYAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik edib.

Yarış Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə sona çatıb.

Digər xəbərlər