PDF Oxu

Siyasət

  • 2 231

"Qarayaxma kampaniyalarının sürətlə artdığını müşahidə edirik" - Komissiya sədri

"Qarayaxma kampaniyalarının sürətlə artdığını müşahidə edirik" - Komissiya sədri

"Bugünkü ictimai müzakirənin keçirilməsində əsas məqsəd vətəndaşlarımızın baş verən proseslərdən agah olmaları, dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bu mövzuda deputatların, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, ekspertlərin fikirlərini və təkliflərini dinləmək və müzakirələr aparmaqdır". SİA xəbər verir ki, bu sözləri Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov deyib.Onun sözlərinə görə, COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən istifadə olunur: "Bunlardan ən çox yayılanı dezinformasiyalarla bağlıdır. İkincisi isə hüquq və müdafiə terminlərinin qarışığından yaranan “lofer” adlı hibrid təhdid növüdür ki, bu, hüququ vasitələrdən silah qismində istifadəni nəzərdə tutur. Bu gün biz hibrid tətbiqin birinci növünə toxunacağıq. COP29 hüququ Azərbaycana veriləndən sonra bizi sevməyən qüvvələr qarayaxma kampaniyalarına başladılar. Neft ölkəsinin COP29-a ev sahibliyi etməyə haqqı olmadığını deyirlər. Deyə bilərəm ki, indiyə kimi COP-un keçirildiyi ölkələrin çoxu neft ölkələridir. Növbəti yaradılan təşkilat komitəsində erməni əsilli şəxslər sülhlə bağlı hücumlar həyata keçirirlər. Bütün üvzlər istənilən dövlətin ərazi bütövlüyünə xələl gətirən addımlardan çəkinməlidirlər. Böyük gücə malik dövlətlər beynəlxalq hüququ birbaşa pozmamaq üçün təşkilatlara maddi yardım edir, dayanmadan hücumlar edirlər. Nəzarətlərində olan dövlətlərə deyirlər ki, media vasitəsilə yalan məlumatlar yaysınlar. Oktyabrın 3-də ABŞ konvensiyasının 64 üzvünün Azərbaycana qarşı təxribatçı münasibətinə də cavab verildi.Məlum olduğu kimi gələn ay Bakıda COP29 kimi bildiyimiz BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası keçiriləcək. Habelə, Bakı Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasına və Paris Razılaşmasının görüşünün 6-cı sessiyasına ev sahibliyi edəcək. Həm dövlət və hökumət başçılarının iştirak səviyyəsi baxımından, həm də ümumi iştirakçı sayının həcminə görə dünyada keçirilən beynəlxalq və mötəbər konfranslardan biri olan bu tədbir yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma media kampaniyalarının da sürətlə artdığını müşahidə edirik".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər