"Prezident İlham Əliyevin dediyi kimi son vaxtlar dünyada yalan məlumatlar, dezinformasiyalar insanların həyat tərzinə çevrilib". SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli deyib.Onun sözlərinə görə, Prezidentin ötən il oktyabr ayında süni intellektlə hazırlanmış müsahibəsi hazırlandı: "Bundan sonra bu ilin əvvəlindən yeni metodlarla kiber təhdidlərin şahidi olduq. Saxta müsahibələr paylaşılırdı. Məqsəd Azərbaycan insanının fikrini çaşdırmaq, ölkəmiz haqqında yalan məlumatlat yaymaqdır.Dezinformasiya bir qayda olaraq sosial şəbəkələr üzərindən həyata keçirilir. Medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da, bu, Avropa, Amerika mediası üçün xarakterikdir. Dezinformasiyanın müxtəlif metodları var. Bunlardan biri də xəbərlərin bölünüb, yalnış verilməsidir. Burada bölünmüş xəbərlərdə insanları çaşdıracaq məlumatlar verilir. Həmin media qurumları öz ölkələrinin ictima fikirlərini çaşdırmaqla məşğuldur. Bu, beynəlxalq media etikasına ziddir. Biz bunu davamlı olaraq həmişə səsləndirməliyik. Azərbaycan həqiqətlərini ancaq Azərbaycan mediası çatdıra bilər.Dezinformasiyalar kiberdələduzluğun bir növüdür. Azərbaycana qarşı kiberdələduzluqla məşğul olan şəbəkə aşkar olunmuşdur. Bütün dünyada qəbul edilib ki, insanların media savadlılığını yüksəltmək lazımdır. "Media haqqında" qanunda media savadlılığı dövlətin də əsas funksiyalarından biridir. Azərbaycan mütəmadi olaraq dezinformasiyaya məruz qalır. 2021-ci ildə ilk dəfə Şuşada Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinə müraciət edərək dedi ki, Azərbaycanın nüfuzu qalxdıqca ölkəmiz haqqında dünyanı doğru məlumatlarla təmin etməliyik".
Müəllif: Söylü Ağazadə