Siyasət

  • 960

Qubadlı rayonunda yenidənqurma işləri tam surətlə davam edir ŞƏRH

image

31 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edilmiş Qubadlı rayonu 2020-ci il oktyabr ayının 25-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan tamamilə azad edilmişdir.

Qarabağ işğaldan azad edildikdən sonra, ölkə başçısı, cənab Prezident cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə 2020-ci il dekabr ayının 23-də Qubadlı və Zəngilan rayonlarına səfər edir. Yolboyu ölkə başçısı azad edilmiş ərazilərdə talan edilmiş və uçmuş damları seyr edərək deyir: “Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna”.

Cənab Prezident İlham Əliyev“azad edilmiş ərazilərin ermənilər tərəfindən tamamilə darmadağın edildiyini, yolların, evlərin, kəndlərin xarabazarlığa döndüyünü ürək ağrısı ilə bildirərək, həmin ərazilərin yenidən dirçəldiləcəyinə, əvvəlki illərdən də gözəlşəklə salınacağına”söz verir.

Səfər zamanı işğal edilmiş rayonlardakı səfil həyat tərzi lentə alınmış, talan və viran edilmiş mədəni abidələr haqqında ölkə başçısı tərəfindən geniş məlumat verilmişdir. 30 illik işğal zamanı erməni işğalçıları Qarabağda yaşayış yerlərini yerlə yeksan edərək, Qarabağ ərazisinə külli miqdarda maddi və mənəvi zərər vurmuşlar.

Ölkə başçısı cənabİlham Əliyev daha sonra hərbçilərləgörüşərək, Qarabağın azad edilməsi istiqamətində görülən mühüm işlər haqqında maraqlı söhbət edir. 44 günlük müharibə zamanı strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən yüksəkliklərin düşünülmüş dəqiqliklə düşmən əsarətindən azad edilməsini İlham Əliyev qürurla hər kəsin diqqətinə çatdırır.

Daha sonra prezident Qubadlı və digər azad edilmiş ərazilərin yenidən bərpa ediləcəyi istiqamətində hazırlanmış layihələr haqqında qısa məlumat verir.

Ali baş komandan cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə 2021-ci il oktyabr ayının 25-də Qubadlı rayonuna səfəredir. Bu səfərin təşkilində əsas məqsəd ölkə başçısının Qubadlı rayonunun mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak etməsi idi. Təməlqoyma mərasimində yaxından iştirak edən Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov ölkə başçısına tikinti aparılan yollar barədə geniş məlumat verir.

Məruzə zamanı Saleh Məmmədov ölkə başçısına onu da bildirdi ki, Qubadlı rayonundan keçəcək Qubadlı-Xınzirək avtomobil yolu 23.5 km, Qubadlı-Eyvazlı 26 km, Xudafərin su anbarı yaxınlığındakı hissə isə 56.4 km təşkil edəcək.

Qeyd etmək lazımdır ki, ölkə başçısı azad edilmiş rayonlarda ərazilərin və yolların yenidən qurulması istiqamətində layihələr imzalamış və görülən bütün işlər həmin layihələr əsasında həyata keçirilir.

Qarabağın inkişaf planı əsasında Xudafərin-Laçın, Xanlıq-Qubadlı avtomobil yollarının da inşası nəzərdə tutulub ki, bu da dörd hərəkət zolaqlı yol olaraq nəzərdə tutulub. Səfər zamanı ölkə başçısı cənab İlham Əliyev Xanlıq-Qubadlı yolunun da təməlini qoyur.

Ölkə başçısı elə həmin gün 110\35\10 kV-luq “Qubadlı” yarımstansiyasının da açılışında iştirak edir. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyada görülən işlər barədə ölkə başçısına və xanımına ümumi məlumat verərək,qeyd edir ki, tikinti zamanı “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətləri çəkilibdir. Bununla yanaşı rayonda buzlaşma, küləyin maksimal sürəti və başqa amillər üçün zəruri sistem yaradılıb. Ölkə başçısı cənabİlham Əliyev elə həmin gün yarımstansiyanı da işə salır.

Ölkə başçısı səfər zamanı Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında da iştirak edərək, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin görülən işlər haqqında məlumatını dinləyir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında sərhəd boyu açılan yeni hərbi hissələrdə zəruri tədbirlər həyata keçirilmiş, hərbçilər üçün lazımi şərait qurulmuşdur. Məlumat zamanı o da qeyd edildi ki, yeni hərbi hissə kompleksinin ərazisi 25 hektar təşkil edir. Bundan başqa yeni hərbi hissədə müxtəlif qurğular, silah sistemləri, raketlər, qumbaraatanlar, döyüş texnikaları, zirehli və avtomobil texnikası və s. mövcuddur.

Elçin Quliyev onu da qeyd etdi ki, yeni kompleksdə zabit-gizir və əsgər yataqxanaları, iş otaqları, yeməkxana və digər zəruri infrastrukturlar qurulubdur. Bundan başqa zabit-gizir və əsgərlər üçün yeni kompleksdə sağlamlıq mərkəzləri də fəaliyyət göstərir.

Yaradılan yeni kompleks, yollar, elektrik stansiyaları ilə tanış olduqdan sonra Qubadlı rayon sakinləri ilə görüşə yollanan ölkə başçısı və xanımı Mehriban Əliyeva rayon camaatı ilə görüşdükdən sonra cənab İlham Əliyevin geniş hesabat xarakterli məruzəsi dinlənildi. Ölkə başçısı hələ sovet hakimiyyəti illərində rayonlarda görülən işlər haqqında söhbət edərək, işğal edilmiş ərazilərdə bu gün başladılan yenidənqurma işlərinin də nəticələri barədə məlumat verdi.

İşğaldan azad edilmiş ərazilərdə hazırda yeni texnika və texnologiyalardan istifadə edilərək, yenidənqurma işləri həyata keçirilir, ölkə başçısının imzaladığı yeni layihələr əsasında rayonlarda bərpa işləri aparılır.

Söhbət əsnasında İlham Əliyev Qarabağda erməni işğalçıları tərəfindən talan edilmiş maddi-mənəvi abidələr haqqında faktların toplandığını və lazımi yerlərə bununla bağlı dövlət səviyyəsində müraciət edildiyini söyləyir. Cənab Prezident İlham Əliyev söhbət əsnasında müasir avadanlıqlar və yeni layihələr əsasında rayon və kəndlərin qısa zamanda bərpa ediləcəyinə vəqubadlıların tezliklə öz doğma torpaqlarına qayıdacağını qürurla qeyd edir.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası tərkibində

İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər