PDF Oxu

Siyasət

  • 2 420

Dağıdıcı müxalifət keçmişin səhvlərindən ibrət dərsi almadı ANALİZ

Dağıdıcı müxalifət keçmişin səhvlərindən ibrət dərsi almadı ANALİZ

İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Pənah Hüseyn bu günə qədər çıxıb etdikləri bəd əməllərə, yanlış siyasətə görə xalqdan üzr istəməyiblər

Gerçəklikləri dilə gətirmək, səhvləri etiraf etmək heç zaman zəiflik əlaməti hesab olunmayıb, əksinə, böyüklük kimi qiymətləndirilib. Təəssüflər olsun bu vacib hesab olunan amili siyasət ə olduğunu iddia edən kəslər nəzərə almaq istəmirlər. Xüsusilə də xalqa və dövlətə böyük acılar, fəlakətlər yaşatmış siyasətçilər vacib hesab edilən amili nəzərdən keçirmək istəmirlər. Buna onların həddindən artıq hikkəli və iddialı olmaları imkan vermir. Fikir verin, AXC- Müsavat cütlüyü hakimiyyətdə olduğu dönəmdə millətimizə və dövlətimizə böyük fəlakətlər, faciələr yaşatdı, ancaq bu günə qədər İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Pənah Hüseyn və digər o dövrün vəzifə dəllalları bir dəfə də olsun xalqın qarşısına çıxıb etdikləri bəd əməllərə, yanlış siyasətə görə üzr istəməyiblər. Əksinə, daha böyük həyasızlıqla törətdikləri faciələrə, həyata keçirdikləri fəlakətlərə müxtəlif formada don geyindirməyə çalışıblar. Ancaq anlamırlar ki, nə qədər gec səhvlər etiraf olmasa, o qədər küncə sıxışdırılmış, xalqın gözündən düşmüş halda olacaqlar. Onların səhvlərinə gəlincə isə, birincisi kadr islahatları başdan ayağa qədər yanlış olub. Çayxanada çayçını, restoranda ofisiantı, universitetdə laborantı yüksək dövlət vəzifələrinə təyin etməklə yenicə müstəqillik qazanmış dövlətin idarə edilməsində müsbət nəticələr qazanmaq mümkün deyildi. İkincisi isə İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı kimi gerizəkalı məxluqlar Qarabağ münaqişəsini beynəlmiləlləşdirməklə problemin dərinləşməsinə təkan verdilər. O zaman bu məxluqlar elə düşünürdülər ki, münaqişəni beynəlmiləlləşdirməklə Ermənistanı diz çökməyə məcbur etmək olar. Bunun üçün hətta Kəlbəcərin müdafiəsinin zəif təşkil olunmasına da maraq göstərildi. Nəticədə, Kəlbəcər işğal edildi. Birmənalı şəkildə demək olar ki, Kəlbəcərin işğal edilməsi AXC hakimiyyətinin səriştəsizliyinin nəticəsi idi.

AXC hakimiyyətinin dünyanı “Azərbaycanın atom bombası var” deyə hədələməsi Azərbaycanın regionda izolyasiya olunmasına gətirib çıxardı

O zaman AXC hakimiyyətinin prosesləri proqnozlaşdırıb, ondan nəticə çıxara bilməməsi, xüsusilə də, təhlükəsizlik sahəsində cavabdeh olan şəxslərin siyasi səriştəsizliyi Kəlbəcərin işğalına gətirib çıxardı. Onların beynəlxalq siyasətdə buraxdıqları kobud səhvləri Azərbaycanın faciə ilə üzləşməsinə səbəb oldu. Belə ki, Rusiyanı düşmən elan etmək, Çinə bayraq sancacaqları barədə anormal fikir səsləndirmək, Özbəkistan rəhbərliyini türkçülüyə bağlılığı olmamaqda günahlandırmaq və bu kimi qeyri-ciddi bəyanatlar vermələri, nəhayətdə, dünyanı “Azərbaycanın atom bombası var” deyə hədələmələri Azərbaycanın regionda izolyasiya olunmasına gətirib çıxardı. Bir yandan Ermənistan torpaqlarımızı işğal etmək üçün hücuma keçir, o biri tərəfdən Rusiya, Özbəkistan və digər dövlətlərlə düşmənçilik münasibətləri yaranır. Bir sözlə, AXC hakimiyyəti Azərbaycanı arzuolunmaz problemlərlə üz-üzə qoymuşdu. Bütün bunların fonunda Qarabağ münaqişəsini beynəlmiləlləşdirmək, demək olar ki, Azərbaycanın torpaqlarının daha geniş ərazidə işğalına gətirib çıxardı. Ona görə ki, Qarabağ münaqişəsinin həllini bu gün artıq tarixin zibilliyinə atılmış ATƏT-in Minsk Qrupuna həvalə etməklə problemin üçpilləli problemə çevrilməsinə səbəbkar oldular. Yəni artıq onun həlli, lokal və regional deyil, qlobal münaqişəyə çevrildi. Bu halda isə problemin həllinə nail olmaq üçün Rusiya, Türkiyə, Fransa, indiki fars-mollar rejimi, ABŞ, Avropa Birliyi və NATO-nun maraqları əhatə olunmalıdır. Fikir verin, nə qədər mövqelər və maraqlar üst-üstə düşməli idi ki, Qarabağ problemi həllini tapsın.

O zaman AXC- Müsavat cütlüyü Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etsəydi, böyük faciələr baş verməyəcəkdi

1992-ci ildə Qarabağ problemi daha dar çərçivədə həll oluna bilərdi. Necə ki, sonrakı mərhələlərdə yaranan və heç də Qarabağ problemindən ağrılı olmayan problemləri daxili məsələ olaraq həll edildi. 1993-cü ildə Şimalda “Sadval”, Cənubda isə qondarma “Talış-Muğan Respublikası” məsələsi meydana gələndə, Ulu Öndər Heydər Əliyev çox böyük ustalıqla bu məsələni həll etdi. Lakin Qarabağ separatçılarına qarşı Elçibəy hakimiyyəti bu cür addım atmadı. Elçibəy hakimiyyətinin ən böyük günahı o oldu ki, onlar bu məsələni beynəlmiləlləşdirdilər. Bu da onların siyasi səriştəsizliyinin nəticəsi idi. Qarabağ məsələsini beynəlmiləlləşdirmək böyük səhv idi. O zaman Azərbaycan ordusu Xankəndinin 15 km yaxınlığında idi və Kəlbəcərə yol açılmışdır. 1993-cü ilin yanvar ayının 15-nə qədər ərazilərimiz işğaldan azad olunurdu. Həmin zaman orada, hətta rus qoşunları da vardı. Lakin Rusiyanın vəziyyəti ağır olduğundan, ermənilərə heç bir köməklik göstərə bilmirdi. Fevral ayında Xalq Cəbhəsi bəyanat verdi və həmin bəyanatdan sonra onlar ordunu geri çəkdilər. Bütün bu məsələlərin üstündən 30 ildən artıq vaxt keçir. Niyə bu məsələlərə aydınlıq gətirilmir? Niyə tarixçilərimiz susur? Bütün bunlar onu deməyə əsas verir ki, o zaman ki, AXC-Müsavat hakimiyyəti bununla millətə ziyan vurmuş oldu və bu, bağışlanmazdır. Müharibə bir dövlətin başqa dövlətə elan etdiyi rəsmi hüquqi aktdır. Azərbaycanın Qarabağ ərazisində separatçılıq baş qaldırmışdı və bu məsələni daxili məsələ olaraq asanlıqla aradan qaldırmaq olardı. Əgər həmin zaman hakimiyyətdə olanlar Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, bu problemlər baş verməyəcəkdi. Amma AXC hakimiyyəti belə bir addım atmadı.

Qanunu bilmədən cinayəti törətmək heç kəsi cəzadan xilas etmir

AXC hakimiyyətinin Qarabağ münaqişəsini beynəlmiləlləşdirməsi səriştəsizliyinin nəticəsi idi. Onları həm də aldanıldıqlarını düşünürlər. Amma bütün hallar da səhvlər bağışlanmazdır. Yaddan çıxarmaq olmaz ki, 1948-ci ildə İsrail və Fələstin dövlətlərinin yaradılması üçün Fələstinə 60, İsrailə isə 40 faiz ərazi verilirdi. Bununla bağlı BMT-nin qətnaməsi də vardı. Fələstinlilərin səhvi nəticəsində torpaq sərhədləri 60 faizdən 25 faizə endi. Çünki fələstinlərin səhvindən istifadə edən İsrail müharibə yolu ilə Fələstin torpaqlarını işğal etdi. Hələ də İsrail işğal etdiyi Fələstin torpaqlarını azad etməyib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası bir necə dəfə işğal edilən Fələstin torpaqlarının azad edilməsi haqqında qətnamələr qəbul edib. AXC hakimiyyəti bunu bilir və görürdü. Təcrübəsizlikdən, səriştəsizlikdən millətə sağalmayacaq yara vururdular. Bu isə bağışlanmazdır. Qanunvericilikdə də var. Qanunu bilmədən cinayəti törətmək heç kəsi cəzadan xilas etmir. Bunu Elçibəy hakimiyyəti bilməli idi. Bilmirdisə, niyə prezident seçilməyə səy göstərirdi? Nəzərə almaq lazımdır ki, 1993-cü ilin fevral ayına qədər Azərbaycan Qarabağın 60 faizinə tam nəzarət edirdi. Keçmiş Hadrut rayonunun cəmi bir kəndi erməni işğalında qalmışdır. Əgər əvvəllər Hadrutla Ermənistan arasında məsafə 15 km idisə, o 50 km çatdırıldı. Bütün Ermənistana yaxın olan sərhəd kəndləri azad edildi. Aparılan uğurlu hücumun qarşısı birdənbirə dayandırıldı. Niyə? Bax, bu sualın cavabını hələ də AXC-nin hakimiyyətdə olmuş nümayəndələri bu günə qədər cavab verməyiblər. Bu isə onu təsdiq edir ki, onlar həqiqətin və ədalətin önündə acizdilər, etiraflarla və suallara cavab verməklə ən azı özlərinə təskinlik vermək gücündən və imkanından belə məhrumdular. Hazırda 30 illik erməni işğalına son qoyulub. Buna Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik bacarığı, fenomen diplomat olması və xalqın böyük dəstəyini qazanması ilə nail olundu. Bu gün artıq Qarabağımız rahat nəfəs alır və ərazi bütövlüyümüz tam təmin edilib. Sual yaranır, niyə bu məqamda Əli Kərimli separatçı mövqeyindən hələ də əl çəkməyib? Nədən işğalına şərait yaratdıqları, lakin böyük Fateh, Prezident İlham Əliyevin sərkərdəlik məharəti ilə azadlığına qovuşan Qarabağımızla bağlı paylaşımlar etmir, xalqa ünvanlanan təbriklərlə çıxış etmir, xarici anti-Azərbaycan qüvvələrin Ermənistandakı revanşistlərlə həmrəylik nümayiş etdirməsinə etirazını bildirmir? Cavabı aydındır, içində bu millətə olan kin-küdurət və dövlətə olan düşmən münasibət ona xalqın sevincinə şərik olmasına imkan vermir. Belə məxluqlara azərbaycanlı demək də yanlışlıq olardı.

İLHAM ƏLİYEV

Digər xəbərlər