"Bu günlərdə Moldovada seçkilər keçirilib". SİA xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquluyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, xaricdə yaşayan Moldova vətəndaşlarının verdiyi səslər vəziyyəti dəyişdi: "Azərbaycan vətəndaşlarının da əksəriyəti xaricdə oxuyub yaşayırlar. Bələdiyyə seçkilərinə qədər xaricdəki vətəndaşlara onlayn səsvermə imkanı yaradaq ki, xaricdəki azərbaycanlılar da səsvermədə iştirak etsinlər".