PDF Oxu

Siyasət

  • 2 762

Qubadlının əsl sahibləri qayıdır ŞƏRH

Qubadlının əsl sahibləri qayıdır ŞƏRH

2020-ci il dövlətimiz və ordumuz dünyaya öz gücünü yetərincə göstərdiyi bir tarix oldu.Ordumuzun dayanmadan qısa gün aralıqlarında işğal edilən əraziləri bir-bir azad etməsi bunun təzahürüdür.Zəngilan şəhəri azad olandan bir neçə gün sonra müzəffər ordumuz Qubadlı şəhərini düşmən tapdağından azad etdi.25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri öz azadlığına qovuşdu.Digər rayonlarımız kimi Qubadlı rayonumuzda gözoxşayan təbiətə və zəngin tarixə malikdir.Qısada olsa rayonumuz haqda məlumat vermək istərdim. Beləki Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ-1316 m, Amuduq), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1279 m, Qartiz - 1277 m, Qurbantəpə - 1075 m), və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi, Uyuqlu, Bezmindağ, Günbəzdağ maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.Təbiiki erməni vandalizmi bu ərazilərədə öz təsirini göstərərək rayonun insfrakturuna böyük ziyan vurmuşdur.Ancaq Cənab Prezidentimizin verdiyi göstərişlər əsasında Qubadlı rayonu sürətlə inkişaf etməkdədir.Buna misal olaraq 79812 hektar torpaq fondunun, "Qubadlı" gömrük postu və.s kimi bir sıra məsələri misal göstərmək olar.Lakin Qubadlının acılı günləri arxada qalıb. Çünki əsl sahibləri geri qayıdıblar.Prezidentimizin sözü ilə desək:Orada artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır.Bəli Qubadlı bizimdir,Qubadlı,sən azadsan!

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının gənc fəalı

Digər xəbərlər