Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüsal Hüseynovun və Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədovun iştirakı ilə iclas keçirilmişdir.
Ərazi partiya təşkilatının sədr müavini Raqil Əlizadə YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Sədr Firuzə Bəhrəmova uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədri kimi namizədliyini irəli sürüldü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Firuzə Bəhrəmova sədr seçilmişdir.
Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov çıxış edərək bildirmişdir ki, Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi, üzvlük haqqlarının yığılması diqqət mərkəzində saxlanılmalıdır.
Sonda YAP üzvü Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov yeni seçilən ƏPT sədrinə uğurlar arzulayaraq, partiya üzvlərinə partiyanın işlərində aktiv iştirak etmələrini tövsiyə etmişdir.