44 günlük Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Salahov Elvin Sabir oğlunun şəhadətinin dördüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Salahov Elvin Sabir oğlu şəhadətindən sonra “Azərbaycan bayrağı” ordeni, “Şücaətə görə” “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!