Siyasət

  • 1 256

"Azərbaycan İsveçdən qonaqpərvər ölkə kimi görünür" - ŞƏRH EDİLDİ

image

"Bizim fəaliyyətimiz ondan ibarətdir ki, əvvəlcə yaşadığımız ölkəyə inteqrasiya olmaq, ikincisi isə etnik kimliyimizi unutmamaq və gələcək nəsillərə bunu unutdurmamaqdır". Bu sözləri SİA-ya açıqlamasında İsveç-Azərbaycan Birliyinin sədri, Qarabağ məktəbinin rəhbəri Sevda Dadaşova deyib.O bildirib ki, məqsədimiz isveçlilərə və digər başqa xalqlara Azərbaycan həqiqətlərini çatdırmaq, Azərbaycanın mədəniyyətini, tarixini, coğrafiyasını, adət-ənənələrini təbliğ etməkdir: "İsveçdə təxminən 30 min azərbaycanlı var. Həm Cənub, həm də Şimal tərəfdə yaşayırlar.Mənim bəzi isveçli dostlarım var, onlar deyir ki, Azərbaycan çox varlı dövlətdir, çox yaxşı imkanları olan ölkədir. Hətta mənə çoxu deyib ki, sizin lideriniz çox xoşumuza gəlir. Çünki dediyini edir. Azərbaycan İsveçdən çox qonaqpərvər, günəşi və ruzi-bərəkəti bol ölkə kimi görünür. Bu yaxınlarda Xarici İşlər Nazirliyinin Stokholm şəhərində press-konfransı oldu. Oraya dəvət aldım. Həm bizim səfirimiz Zaur Əhmədov, həm də Bakıda yerləşən İsveç səfiri də iştirak edirdilər. COP29 mövzusunda söhbətlər aparıldı. Hal-hazırda 11-22 noyabr arası İsveçdən Azərbaycana böyük bir İsveç komandası gələcək. Nazirlər, çox önəmli, aparıcı idarələr, çox vacib şəxslər gələcəklər. Ekologiya naziri də onların içində olacaq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər