Siyasət

  • 1 066

"BRİCS təşkilatı dünyada yeni iqtisadi güc mərkəzidir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Azərbaycanın xarici siyasət doktrinasında balanslaşdırıcı siyasət gedir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.O bildirib ki, bu balans siyasəti həm iqtisadi, həm də siyasi sahədədir: "Bu baxımdan Azərbaycanın BRİCS təşkilatına maraq göstərməsinə bu balans siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır.Ümumilikdə Azərbaycan bir çox sahələrdə istər Şərq və Qərb, istər Şimal və Cənubla iqtisadi və siyasi münasibətlərini tənzimləyir. BRİCS təşkilatı dünyada yeni iqtisadi güc mərkəzidir. Təbii ki, bu güc mərkəzinə Azərbaycanın maraq göstərməsi dövlət və milli maraqlardan irəli gəlir. Eyni zamanda Azərbaycan Prezidentinin Kazana səfəri və yüksək səviyyədə qarşılanması təhlükəsizliyinin yüksək səviyyədə qorunması bir daha Azərbaycana olan diqqətdir. Bununla yanaşı Azərbaycan Prezidenti həmin təşkilatın iştirak edən dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilməsi Azərbaycan reallıqlarının, Azərbaycanla bağlı olan məsələlərin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin dövlət və milli maraqlarından qaynaqlanır"."Bununla yanaşı noyabr ayında COP29 BMT-nin nəzarətində olan böyük toplantı keçiriləcək. Azərbaycan Prezidenti BRİCS təşkilatında iştirak edən dövlət başçılarına tədbirlə bağlı geniş informasiya verir. Eyni zamanda həmin dövlət rəhbərlərinin bu konfransda iştirak etməsi üçün dəvət edir. Belə tədbirlərdə Azərbaycanın iştirakı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaqla dövlət və milli maraqlarımıza uyğun olaraq iqtisadi münasibətlərini tənzimləyir. Bu baxımdan Azərbaycanın bu təşkilata maraq göstərməsi maraqlarımızdan irəli gəlir" -deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər