Aksiyada Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, idarə, müəssisə, təşkilat, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 800 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.