Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə askiyası keçirilib.
Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ərazisində yerləşən idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və könüllülər iştirak edib.
Rayon ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazılığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq rayonda quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri həyata keçirilib. Aksiya çərçivəsində iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.
Qeyd edək ki, bu cür ağacəkmə aksiyalar son zamanlar Yasamal rayonunun müxtəlif ərazilərində keçirilir və yeni ağac, kol və güllərin əkilməsi, onlara aqrotexniki qulluq göstərilir və abadlıq tədbirləri davam etdirilir.