PDF Oxu

Siyasət

  • 2 348

44 günlük qəhrəmanlıq savaşımız ŞƏRH

44 günlük qəhrəmanlıq savaşımız ŞƏRH

Prezident İlham Əliyev:"Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir"

Artıq Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğalda olan bir sıra şəhər, qəsəbə və kəndlərimiz azad edilmişdi. Biz işğal tariximizdən deyil, artıq qələbə ilə zəngin olan Azərbaycan tarixindən yazırdıq. Yaxın tariximizdə vətən torpağının 20 faizi erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında idisə, artıq bu torpağın müəyyən hissəsi işğalçılardan azad olunmuşdu. Azərbaycan ordusunun əzmi, əsgər adını şərəflə daşıyan oğullarımızın ermənilərə verdiyi dərs bu torpaqların təzliklə qaytarılmasından soraq verirdi. Azərbaycan əsgəri mərdi-mərdanə düşmənlə üz-üzə idi. Ona gücünü, ərənliyini göstərirdi. Əlbəttə ki, müharibə qan-qadadır. Ölümdür, itkidir. Buna baxmayaraq, Azərbaycan anası öz oğullarını ləyaqətlə müharibəyə yola salırdı. Bütün xalq Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşmişdi.

İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndləri artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilirdi. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır. Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Rəsmi məlumata əsasən, artıq Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atılmışdı. Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir. Şəhəri davamlı bombardman etmək Azərbaycan hakimiyyətini Tərtəri Azərbaycanın Stalinqradı kimi etiketləməyə sövq edir və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı Tərtəri Ağdama çevirməyə çalışmaqda günahlandırır.

Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır.

Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş olur. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkindirmədi.

"BİZ ŞƏHƏRLƏRƏ, MÜLKİ ŞƏXSLƏRƏ HÜCUM ETMİRİK, YALNIZ DÖYÜŞ MEYDANINDA CAVAB VERİRİK"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin zamanda 2020-ci ilin oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə bildirdiyi kimi, "Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

Vətən müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilməsidir. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır.

Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atdığını, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atıldığını bildirmişdi. Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir.

Tərtər rayonunda bombardman nəticəsində 17 mülki şəxs ölüb, 61 nəfər yaralanıb. Ümumilikdə təxminən 1200 nəfər bombardmandan əziyyət çəkmişdir. Azərbaycan hakimiyyəti daha sonra iki mülki şəxsin xəsarət aldığını bildirir. Tərtər rayonu ərazisində dörd minə yaxın mülki obyektin zərər görüb. Bombardman nəticəsində Tərtərin azərbaycanlı əhalisinin böyük bir hissəsi didərgin düşür. Tərtərdə qaçqınlar əksər məktəblərdə, uşaq bağçalarında, kafelərdə, restoranlarda, xəstəxanalarda və başqa yerlərdə qalmaq məcburiyyətində qalır. Tərtərli qaçqınların bir çoxu şərqdə, cəmi 20 kilometr məsafədə olan Bərdəyə köçür. Onlara Bərdə məktəblərində iki aydan çox qalmalarına icazə verilir, lakin binalar erməni klaster raket hücumlarına məruz qaldığından onlar evakuasiya edilir. Şəhərdə qalan bəzi Tərtər sakinləri evlərinin zirzəmilərinə sığınır.

Müharibənin ikinci günündə Tərtər rayonuna bir gündə 2 mindən çox mərmi düşüb. Müharibə zamanı erməni qüvvələri rayon ərazisinə 15.500 mərmi atmış, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi düşmüşdür. 29 oktyabr tarixinə qədər 133 ev tamamilə dağıdılmış, 873 ev, həmçinin 14 məktəb, üç xəstəxana və 18 dövlət binası qismən ziyan görmüşdür. 5 noyabrda Euronews, şəhərin yaşayış və ticarət bölgələrinin ciddi ziyan gördüyünü bildirir.

BƏRDƏDƏ TÖRƏDİLƏN TERRORLAR NƏTİCƏSİNDƏ 28 NƏFƏR HƏLAK OLUB, 108 NƏFƏR YARALANIB

44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanda mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəridir. Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

"DÜNYANIN APARICI HƏRBİ MƏKTƏBLƏRİNDƏ İKINCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ ƏMƏLİYYATLARIMIZ, BİZİM UĞURLARIMIZ, QƏLƏBƏMİZ ÖYRƏNİLİR"

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini raket atəşinə tutması insanlıq əleyhinə yönəlmiş cinayətdir. Bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu terror hadisələri beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.

Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad olundu. Paytaxtımızda açılışı olan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisi oldu. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünün göstərdi. Ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasında yer alır.

Azərbaycan tarixi qələbəni 44 gün ərzində əldə etdi. Ali Baş Komandanın, Cənab İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi: "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər