PDF Oxu

Siyasət

  • 1 377

Yasamal rayonunda şəhidlərin əziz xatirələri yad olunub FOTOLAR

Yasamal rayonunda şəhidlərin əziz xatirələri yad olunub FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidləri əsgər Balakişiyev Xəyal Müseyib oğlunun, əsgər Həsənov Teymur Mahal oğlunun şəhadətlərinin dördüncü ildönümü və 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuş XTQ baş leytenantı Əlibəyli Şəhriyar Ramiz oğlunun doğum günü münasibətilə məzarları ziyarət olunub.

Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidlərin məzarları ziyarət edilib, önlərinə tər güllər düzülüb, ruhlarına dualar oxunulub.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Ziyarətlərdən sonra şəhidlərimizin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Balakişiyev Xəyal Müseyib oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, Həsənov Teymur Mahal oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunması görə” medalları, Əlibəyli Şəhriyar Ramiz oğlu isə sağlığında “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və şəhadətindən sonra isə “Vətən uğrunda” medalları ilə təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər