PDF Oxu

Siyasət

  • 2 157

Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl dünyamızı qoruyaq" mövzusunda tədbir keçirilib TƏDBİR

Göygöldə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl dünyamızı qoruyaq" mövzusunda tədbir keçirilib TƏDBİR

25.10.2024 - cü il tarixdə Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl rayon Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən “Biləyənlər” dərnəyinin üzvlərinin iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl dünyamızı qoruyaq" mövzusunda tədbir keçirilib.

Əvvəlcə dərnək rəhbəri Gülüstan Hüseynova “Yaşıl dünya naminə həm­rəylik ili” nin elan edilməsi haqqında dərnək üzvləriniməlumatlandırıb. G. Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev 2023-cü il 25 dekabr tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadları­na qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli priorite­tindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildi­yi bildirilib.

Dərnək rəhbəri qeyd edib ki, respublikamızın hər bir vətəndaşı öz təbiətini öyrənməli və sevməlidir. Hər tərəfi xalı kimi bəzəyən meşələr gur və sakit axan çaylar, mavi Xəzər, əzəmətli dağlar təbiətin möcüzəsidir. Təbii gözəlliyi görmək hər şeydən əvvəl ona qayğı göstərməkdir. Əgər bu gözəlliyin qayğısına qalmırıqsa, demək, öz sağlamlığımızı qorumuruq. Ona görə də təbiətə qayğı məhəbbətlə yanaşmalı planetimizin bitki örtüyünü onun florasını və canlılar aləmini faunasını qorumalıyıq. Təbiət bizə sevinc bəxş edir. Quşların oxuması, çayların şırıltısı, meşələrin pıçıltısı insana dinclik verir. Yorğun kədərli olanda təbiət qoynunda rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, onu qorumasaq, öz sağlamlığımızı məhv etmiş olarıq. Bu gün hər hansı bir ağacdan bir budaq qırsaq, onu necə yaralamağımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir. Biz onu qorumalı və inkişaf etdirməliyik. Son dövrdə yaşıllığa verilən diqqət parkların, ağacların salınması təqdirə layiqdir.

Azərbaycan xalqının ümummilli lideriHeydər Əliyev demişdir, Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın.

Daha sonra dərnək üzvləri Yaşıl dünya naminə hazırlanan videçarxı izləmişlər, verilmiş şəkilləri rəngləyiblər, şeirlər söyləyərək, təqdimatlar etmişlər. Məqsəd şagirdlərə təbiəti sevdirmək və onu qorumaqdan ibarətdir.

Şeirlərdən bir parça:

Hər vaxt təbiəti gətirək yada,

O, bizi duyğusuz, ruhsuz sanmasın.

Yollar uzansa da, yollar artsa da,

Meşələr pozulub yaralanmasın.

Digər xəbərlər