Belə bir qurumun Azərbaycanda insan haqlarının pozulmasını iddia edən qətnamə qəbul etməsi təəccüb doğurur
Dünyada elə dövlətlər və təşkilatlar var ki, sözdə sülhün və təhlükəsizliyin tərəfdarı kimi çıxış etdiklərini iddia etsələr də, əməli fəaliyyətlərində sülhə və sabitliyə təhdid yaradırlar. Onlar ayrı-ayrı sivil, demokratik dövlətlərin əleyhinə separatçı qərarlar qəbul edir, bəzi hallarda isə hərbi müdaxilələr həyata keçirirlər. Elə hallar da olur ki, siyasi, hərbi dəstəklə problemlərin qızışdırılmasına dəstək göstərirlər.
Azərbaycan Avropanın və ABŞ-ın bəzi qaranlıq dairələlərinin və nəzarət altında saxladıqları beynəlxalq təşkilatların qərəz dairəsində olan dövlətlərdəndir. Xüsusilə Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası daha iyrənc xarakter alıb. Azərbaycana qarşı qərəzin önündə Fransa, Almaniya, Niderland, ABŞ kimi dövlətlər və onların inhisarında olan Avropa Parlamenti və Avropa Şurası dayanırlar. 2024-cü ilin yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Separatçı qərarın müəllifi nasitlərin əsas ideoloqlarından olan Frank Şveber olsa da, ideyanın Fransanın ermənipərəst dairələrindən gəldiyi şübhəsizdir. Çünki F.Şveber sadəcə sıradan bir oyuncaq alətdir, onun nə ağlı, nə də başı üçün deyil ki, özbaşına hansısa layihənin irəli sürülməsinə cəhd göstərsin. Sübut və dəlillər də təsdiq edir ki, F.Şveberin Azərbaycanla bağlı irəli sürdüyü layihənin esgizləri Parisdə, Makronun ofisində hazırlanıb.
Avropa Parlamenti erməni lobbisinin təsiri altındadır
Azərbaycana qarşı qərəzli münasibət və separatçı qərarların, qətnamələrin qəbul edilməsində Avropa Parlamenti də fəallığı ilə seçilir. Bu qurumun fəaliyyətində “solçu qruplar”ın aktiv iştirak etdiyini nəzərə alsaq, o qənaətə gəlmək olar ki, Avropa parlamenti hər hansı bir qərarı əvvəlcədən razılaşdırmadan qəbul edə bilməz. “Razılaşdırma” deyərkən heç şübhəsiz ki, Avropa Parlamentinin əksər üzvlərinin rüşvət və korrupsiya qarşılığında qərarvermə prosesində iştirak etmələridir. Belə əcayib rüşvətə bulaşmış qurumun oktyabrın 24-də keçirilən iclasında Azərbaycanı insan hüquqlarını pozmaqda günahlandıran qətnamə qəbul etməsi rüsvayçılıqdır. Bu Azərbaycan el məsəlində deyildiyi kimi, “öz gözündə tiri görməyib, başqasının gözündə tükü seçməyə” bənzəyir. Real fakt ondan ibarətdir ki, Avropa Parlamentinin Azərbaycana yönəlik qərəzi siyasi dairələrin tapşırığından və aldıqları rüşvətdən qaynaqlanır. Belə separatçı qətnamələrlə Avropa parlamenti açıq şəkildə işğala, separatizmə, terrora dəstək verdiyini nümayiş etdirir. Bundan əvvəl də Avropa Parlamenti oxşar erməni lobbisinin istəyinə uyğun Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Həmin qətnamədə iddia olunurdu ki, Azərbaycanın Ermənistana hərbi təcavüz edib, tarixin arxivinə atılan “Minsk Qrupun”dan, “ermənilərə statusdan” və digər sərsəm və ironiya ilə qarşılanan məsələlər qeyd edilib. Lakin nə 30 illik işğal dövründə, nə də ondan sonra Avropa parlamenti Azərbaycanın haqlı mövqeyini müdafiə etməyib, eyni zamanda ermənilərin terror əməllərini və fəaliyyətini susqunluqla müşahidə edib. Avropa parlamentinin rellıqları görməməzlikdən irəli gələrək belə bir separtçı qətnamələr qəbul etməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm aktlarına bir növ haqq qazandırması deməkdir. Ermənistanın Azərbaycanın torpaqlarını qəsb edərkən bəşəriyyət və insanlıq əleyhinə cinayətlər törədib. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə BMT qətnamələrini özü icra etməklə haqqı və ədaləti bərpa etdi. Ermənistanın diz çöküb ağ bayraq qaldırmasından ötən müddət ərzində 300-dən çox vətəndaşımız ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində basdırdıqları minanın qurbanı olub. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılmasını əngəlləyir. Hələ də Azərbaycanın 4 kəndinin Ermənistanın işağlı altında olması faktını görmək və eşitmək istəmirlər.
Avropa Parlamenti korrupsiya cinayətləri, Azərbaycana qarşı qərəzli addımları ilə gündəmdədir
Azərbaycana qarşı qərəzli fəaliyyəti ilə Avropa Parlamenti heç zaman Avropada sülhə və təhlükəsizliyə, eləcə də birgə azad və demokratik şəkildə yaşayışa töhfə verə bilməyəcəyini nümayiş etdirir. Həm də təsdiq edir ki, qurum bulaşdığı korrupsiya və rüşvət girdabından heç zaman çıxa bilməyəcək. Arzu edlilənlər o zaman baş tuta bilər ki, Avropa Parlamenti özünü buraxıb, siyasi dərnəklərin maddi və mənəvi dəstəyindən birdəfəlik imtina etməklə yenidən formalaşsın. Nəzərə almaq lazımdır ki, zaman-zaman bu başı bəlalı qurumun rəhbərliyində təmsil olunan şəxslərin rüşvət almaları və müəyyən siyasi dairələrin göstərişi ilə Azərbaycan kimi azad, demokratik, dünya siyasətində özünə layiq yer tutan dövlətlərə qarşı qərəzli siyasi xarakterli qətnamələr qəbul ediblər. Bu AP-dir ki, onun Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində adı hallanmış və həbs edilmişdir. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verib. Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün rüşvət qarşılığında nüfuz təmsilçiliyi etməkdə təqsirləndirilir. Eva Kaylininlə yanaşı italyan deputatlar Françesko Giorginin və Pyer Antonio Panzerinin saxlanılıblar. Polis Eva Kaylinin özünün ofisi ilə yanaşı, daha iki avropalı deputatın - belçikalı Mark Tarabella və Mariya Arenanın ofislərini də möhürləyib.
Avropanın nüfuzlu nəşrlərindən olan “Politico.eu” dərc etdiyi xəbərdə qeyd olunurdu ki, həm Brüsseldə, həm də Strasburqda siyasətçilərin mənzillərində və ofislərində reydlər keçirilib, elektron və fiziki yaddaş daşıyıcıları ələ keçirilib. Müttəhimlər arasında eyni sağ radikal partiyaların üzvlərinin də adları var. Onlardan biri də hollandiyalı siyasətçi Marsel de Qraafdır. Onun köməkçisi aprel ayında Çin kəşfiyyatında xidmət etdiyinə görə həbs edilən başqa bir ifrat sağçı alman deputat Maksimilian Kraç ilə sıx əlaqədə idi. Almaniyanın Drezden prokurorluğu artıq Kraçın bir sıra xarici ölkələrin siyasi dairələri ilə əlaqəsini və onlardan müqavilə fəaliyyəti üçün ödəniş almasını araşdırır. Bundan əlavə, alman siyasətçi nasizmə rəğbəti və nasist salamları ilə tanınır. Almaniyanın “Thueringer Allgemeine” qəzeti etibarlı mənbələrə istinadla yazıb ki, Belçika polisi və alman müstəntiqlər sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahına basqın ediblər. Reyd mərkəzi Türingiya əyalətində (Almaniya) Xristian Demokratlar Partiyasının lideri Mario Voigta qarşı EPP-nin 2019-cu il Avropa seçkiləri üçün rəqəmsal təşviqat kampaniyasındakı rolu ilə bağlı davam edən korrupsiya araşdırması ilə əlaqədar olub. İstintaq Voigtin kampaniya zamanı müqavilə bağladığı internet şirkətindən təzminat alması ilə bağlı iddialara əsaslanır. EPP üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və İsveçin Baş naziri Ulf Kristersson kimi məşhur siyasətçilər də var.
İstintaq Eva Kaylın Kaspar Karapetyandan rüşvət aldığını sübuta yetirib
Eva Kayl separatizmi açıq şəkildə dəstəkləyən şəxs olduğunu Qarabağda separatizmin kökünün kəsilməsindən sonra Azərbaycan pasportu daşıyan şəxslər üçün viza məhdudiyyətinin tətbiq edilməsi xahişi ilə Avropa İttifaqı Komissiyasına yazılı müraciət göndərməsi ilə nümayiş etdirib. Kayli Azərbaycanla Aİ arasında imzalanmış viza rejiminin sadələşdirilməsinə dair sazişin ləğvinə çağırmışdır. Araşdırmalarla sübuta yetirilmişdir ki, Eva Kaylı separatçıları dəstəkləmək və Azərbaycana qarşı qondarma çağırışla çıxış etməyə erməni diasporunun fəal üzvü, Brüsseldə yaşayan erməni əsilli Yunanıstan vətəndaşı Kaspar Karapetyan məcbur edib. Daha doğrusu, Karapetyan Almaz biznesindən əldə etdiyi çirkli pullardan Eva Kaylın cibini doldurmaqla onu məsləkinə və əqidəsinə (əgər varsa) xəyanət etməyə təhrik edib. İstintaq orqanları da Eva Kaylın Kaspar Karapetyandan müəyyən tələbləri yerinə yetirmək qarşılığında rüşvət aldığını sübuta yetirib. Ona görə də, birmənalı şəkildə qeyd etmək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikili standartlı yanaşmadan, qərəzdən və riyakarlıqdan başqa bir şey deyil. Tamamilə rüşvətə bulaşmış və siyasi dairələrin əlində oyuncağa çevirilən bir qurumun qəbul etdiyi hansısa qətnamə ciddi sənəd olaraq qəbul edilə bilməz. Bu, sadəcə qovluq arasında kağız parçasından başqa bir şey deyil. COP29 konfransı ərəfəsi Azərbaycan qarşı qərəzli qətnamə qəbul etməklə ölkəmizə təzyiq göstərmək istəkləri də boş xəyaldan və arzudan başqa bir şey ola bilməz. Azərbaycan dövləti dünya siyasətində söz sahibi olan, iqtisadi uğurları, demokratik, azad cəmiyyət quruculuğu ilə tanınan və qəbul edilən dövlətdir. Yolumuz isə Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin çox böyük müdrikliklə həyata keçirdiyi iqtisadi, siyasi, hərbi, diplomatik və digər sahələrdə qələbələr əldə etmək, zəfərlər qazanmaq yoludur. Bu siyasət nə qədər Azərbaycan dövləti var dəyişmədən davam edəcək.
İLHAM ƏLİYEV