Siyasət

  • 479

Azərbaycan – BRICS əməkdaşlığı ölkəmizin maraqlarına uyğundur ŞƏRH

image

Azərbaycanın BRICS-lə əməkdaşlığı ölkəmizin ümumilikdə beynəlxalq münasibətlərə yanaşma prinsiplərinə çox uyğundur. BRICS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilir. Proqnoz və aparılan təhlillərə görə BRICS yaxın vaxtlarda yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin mühüm əlaqələndiricisi olacaq. Doğrudur, G7-dən fərqli olaraq, bu quruma üzv olan və üzv olmağa çalışan ölkələrin bir-birindən fərqli siyasi və iqtisadi modelləri var. Ancaq bu, qurumun qarşıya qoyduğu məqsədlərə çatmağa heç də mane olmur. Hazırda gündəmdə olan BRİCS+ platformasının perspektivləri çox müsbətdir.

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bugünədək dünyanın bir çox ölkəsi bu assosiasiyaya qoşulmaq və ya onunla fəal dialoq qurmaq arzusunu ifadə edib. Azərbaycan da bu ölkələr sırasınadır. Ölkəmizin təşkilata üzv olmaq niyyəti hələ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti zamanı bəyan edilmişdi. Həmin zirvə görüşündə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul edilmişdi. Sənəddə qeyd olunmuşdu ki, Azərbaycan BRİCS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alqışlayır. Azərbaycan hər zaman vurğulayıb ki, müdaxilə etməyən və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərarası assosiasiyaya qoşulmaqda maraqlıdır. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir. Vacib olan məqamlardan biri ondan ibarətdir ki, BRİCS Qərbin şərtləri diktə etdiyi təşkilatlardan fərqli olaraq, iştirakçı ölkələrin suverenliyini məhdudlaşdırmır, əksinə, onlara yeni imkanlar verir. Oktyabrın 24-də Kazan şəhərində keçirilmiş 16-cı BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında ilk plenar iclasında cənab Prezidentin iştirakı və konkret çıxışı yenə gündəm oldu və siyasi yükünə, iqtisadi dəyərinə görə beynəlxalq aləmdə diqqəti yenidən Azərbaycana yönəltdi.

Öz çıxışında cənab Prezident dedi: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.” Bu isə həm də o deməkdir ki, Azərbaycan yalnız dinc dünya üçün siyasət aparır və bütün ölkələrin iqtisadıyyatının güclü olmasının tərəfdarıdır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər