26 oktyabr 2024-cü il tarixdə YAP Samux rayon təşkilatının qərargahında YAP Samux rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı partiya fəalları ilə görüşüb. Görüş COP29-un Azərbaycanda keçirilməsinə həsr edilib.
Əvvəlcə COP 29 tədbirinin dünyaya və ölkəmizə faydasına həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə çıxış edən Mübariz Qurbanlı COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insane amili, başqa sözlə social amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bu gün ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir.
Daha sonar çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov iqlim böhranının həllində elmi-tədqiqat yollarının müəyyənləşdirilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün social elmlərin vəzifələri və töhfələrindən danışıb. İqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunmasının, dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.