PDF Oxu

Siyasət

  • 1 515

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi TƏDBİR

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi TƏDBİR

26 oktyabr 2024-cü ildə Samux rayonunda Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Ziyadlı və Sərkar kəndlərinin ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.

Ağacəkmə aksiyasında Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, 101 saylı Samux-Şəmkir seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qurbanlı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşviq Cəfərov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, şəhid ailələri, qazilər, YAP Samux rayon təşkilatının partiya fəalları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər iştirak edərək 3 min ədəd xan çinarı, şam, sərv ağacları, oleander və bəzək gül kolları əkiblər.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, son 7 gün ərzində Samux rayonunda 12 minədək xan çinarı, şam, sərv ağaclarının tingləri, oleander və bəzək gül kolları əkilib. Əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.

Digər xəbərlər