Siyasət

  • 281

Gədəbəydə şəhidlərin məzarları ziyarət olundu TƏDBİR

image

27.10.2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Çanaqçı kənd sakini Məmmədov Yasin İman oğlu, Çalburun kənd sakinləri Müzəffərli Kənan Azər oğlu və Mustafayev Elvin Qiyas oğlunun şəhadətlərinin dördüncü ildönümləri münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşı, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Digər xəbərlər