Siyasət

  • 1 037

Milli Məclisin deputatı Elman Nəsirov növbəti dəfə seçicilərlə görüşüb

image

Milli Məclisin deputatı Elman Nəsirov 72 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Qarakazımlı, Zərbəli, Moranlı və Dələli kənd seçiciləri ilə görüşlər keçirib.Görüşlərdə Qarakazımlı kənd sakinləri – şəhid atası Vidadi Abdullayev, Nazim Əliyev, Mahir Əliyev, Fəxrəddin Fərziyev, Elçin Nağıyev, Nurəddin Fərziyev, Mahir Əliyev, Moranlı kənd sakini Sahibxan Əliyev, Zərbəli kənd sakini Sidiqə Məmmədova və Dələli kənd sakini Feyzulla İmanov çıxış edərək onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.Seçicilər əsasən, işlə təminat, kəndin elektrik sisteminin müasirləşdirilməsi, məhkəmə ilə bağlı məsələlər, mavi yanacaq və içməli su ilə təchizatla əlaqədar müraciətlər ediblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb.Deputat Elman Nəsirov digər məsələlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.

Digər xəbərlər