Siyasət

  • 338

Mühüm nəqliyyat və logistika mərkəzi ŞƏRH

image

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Dövlətimzin başçısı tədbirdə çıxış edərək, əvvəlcə dəvətə görə həmkarı Vladimir Putinə təşəkkürü bildirib, Rusiya Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik edib.

“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır”-deyən Prezident İlham Əliyev bunu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz tərəfimizdən əyani şəkildə nümayiş etdirildiyini bildirib. Ölkə başçısı əlavə edib ki, “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Ölkə başçısı çıxışında Azərbaycanın öz coğrafi mövqeyindən istifadə edərək və müasir infrastruktur yaradaraq Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ölkəmizin ərazimizdən keçdiyini diqqətə çatdıran ölkə başçısı , bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərdiyini bildirib.

Prezident İham Əliyev noyabr ayında ölkəmizdə keçiriləcək böyük beynəlxalq iqlim konfransı – COP29 haqqında da məlumat verib. “200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur”- deyən ölkə başçısı Azərbaycanın artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini vurğulayıb. Prezident əlavə edib ki, ölkəmiz istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Beləliklə, Prezident İlham Əliyevin BRICS Sammitinə dəvət olunması ölkəmizə olan hörmət və ehtiramın, göstərilən diqqətin bariz nümunəsidir.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər