Siyasət

  • 2 422

"Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans yaranıb"

image

"Qarabağın 30 illik işğaldan azad edilməsi ilə Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans yaranıb".

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara "qardaş Azərbaycanın və Ermənistanın səmimi addımlarını" diqqətlə izləyir: "Biz ümid edirik ki, ən tez zamanda yaxşı xəbərlər alacağıq", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti əmin edib ki, Ankara bundan sonra da Azərbaycandan olan qardaşları ilə addımlarını əlaqələndirəcək.

Digər xəbərlər