“Ordumuzun şücaəti nəticəsində Azərbaycan dünyaya səs salan önəmli qələbə qazandı”
"Azərbaycan ordusu qələbə qazanan ordudur. 44 günlük Vətən müharibəsində işğal faktorunu bitirən və beynəlxalq hüququ təmin edən ordudur. Məhz ordumuzun şücaəti, rəşadəti nəticəsində Ali Baş Komandanın əmri ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Sonrakı dövrdə də ölkəmizdə orducu quruculuğu prosesi ən yüksək səviyyədə davam etdirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Azərbaycan ordusu Xankəndində bir sutkadan da az müddətdə davam edən anti-terror tədbirləri nəticəsində separatçılığa son qoymuş ordudur: "Ordumuzun şücaəti nəticəsində Azərbaycan dünyaya səs salan önəmli qələbə qazandı. Xüsusilə pandemiyanın iqtisadi və mənəvi olaraq ağır basqısı altında Azərbaycanın qələbə qazanması, torpaqlarını işğaldan azad etməsi ölkəmizin gücünün növbəti göstəricilərindən biri idi. Bu baxımdan da Azərbaycan ordusu artıq dünya ordu reytinqlərində sayılan, seçilən nöqtəyə çatıb.
Ölkə başçısı da hər zaman bildirib ki, Azərbaycanda ordu quruculuğu dövlət siyasətinin əsasını təşkil edir".