PDF Oxu

Siyasət

  • 3 126

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib TƏDBİR

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib TƏDBİR
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Qənimətov Ətraf Oktay oğlunun 30 oktyabr 2024-cü il tarixində anım mərasimi keçirilib.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Laçın və Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Şəki rayonu Dovşan düzü deyilən ərazidə yerləşən şəhidlər xiyabanında uyuyan Qənimətov Ətraf Oktay oğlunun və digər şəhidlərin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Şəhid Ətraf Qənimətov keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.