PDF Oxu

Siyasət

  • 1 685

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

image

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib. SİA xəbər verir ki, bu barədə müvafiq paylaşım nazirliyin "X" sosial şəbəkəsində yerləşdirilib.

"Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik", - paylaşımda yazılıb.

Digər xəbərlər