PDF Oxu

Siyasət

  • 2 276

44 günlük Vətən mühairbəsi şəhidinin məzarı ziyarət olunub TƏDBİR

44 günlük Vətən mühairbəsi şəhidinin məzarı ziyarət olunub TƏDBİR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidi əsgər Kərimli İsmayıl Ceyhun oğlunun şəhadətinin dördüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Ziyarətdən sonra şəhidimizin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kərimli İsmayıl Ceyhun oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə”medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər