PDF Oxu

Siyasət

  • 859

Dağıdıcı müxalifətin “siyasi məhbus” şousu bitir ANALİZ

image

Noyabrın 11-dən 22-nə qədər ölkəmizdə keçiriləcək yüksək səviyyəli qlobal iqlim konfransı ərəfəsində bəzi yerli və xarici qüvvələr bütün resurslarını və imkanlarını Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa səfərbər ediblər. İstər dağıdıcı müxalifətin, istərsə də xaricdəki antimilli qüvvələrin eyni tezisləri ifadə etmələri və səsləndirmələri ölkəmizə yönələn şər və böhtanların vahid mərkəzdən idarə edildiyini göstərir. İddialar isə absurddur. Guya Azərbaycanda insan hüquqları pozulur, siyasi mənsubiyyətinə görə həbslər aparılır, mediaya qarşı təzyiqlər olması barədə də var, vətəndaş cəmiyyəti institutları normal fəaliyyət göstərmir. Hətta Qarabağda kütləvi insan qətlləri həyata keçirmiş, terrorçu dəstə başçılarının həbsdən azad edilməsini də tələb olaraq irəli sürürlər.

AŞPA, Avropa Parlamenti kimi erməni lobbisinin təsiri altında olan qərəzli təşkilatlar COP29 konfransında Azərbaycana müəyyən məsələlərdə dəstək göstərməkdənsə, əks mövqe sərgiləyir, qərəzli iddialarla, şər və böhtanlarla ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək imicinə kölgə salmağa çalışırlar. Cari ilin yanvar ayında Almaniya, Niderland və Fransanın siyasi dairələrinin sifarişi və göstərişi ilə AŞPA Azərbaycanı qurumda səsvermə hüququnun məhdudlaşdırılması barədə anormal qətnamə qəbul etdi. Haqlı olaraq da Azərbaycan sonrakı proseslərdə quruma qarşı adekvat adım atdı. Yəni AŞPA üzvlərinin Azərbaycana girişinə qadağa qoyuldu. 30 il AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına və ya iqtisadi sanksiyaların tətbiq olunması tələbi ilə çıxış edə bilərdi. Qanunu tələbləri icra etməyibsə, deməli, qurum öz əsasnamədən gələn müddəalarını və beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.

“Siyasi məhbus” kimlərdir?

Sübuta yetirilir ki, istər daxildəki məxluqlar, istərsə də xaricdəki ermənipərəst dairələr Azərbaycana qarşı daha çox “siyasi məhbus” termini ilə öz ağılları ilə təzyiq etməyi düşünürlər. Bir-birini təkzib edən, bir-birinin ziddinə olan siyahılardan görünür ki, oğurluq edən, cibgirliklə məşğul olan, avto xuliqanlıq edən, cəmiyyətə hörmətsizlik göstərən, qaçaqmalçılıqla məşğul olan, vergi cinayətləri törədən və digər əməllərə görə həbs olunanları dağıdıcı müxalifət “siyasi məhbus” olaraq təqdim edir və xarici ağalarından da hesabatlarına təqdim etdikləri siyahılarının əlavə edilməsini istəyirlər. Dağıdıcı müxalifət üçün “siyahı”lara kimlərin adlarını əlavə etmək problem deyil, hətta keçmişi cani, qaniçən, terrorçu, insan qatili olsa belə, onların pul qarşılığında adları siyahılara salına bilər. Bu baxımdan ortada qeyr-ciddi siyahılar mövcuddur. Siyahı alverində AXCP sədri Əli Kərimlinin daha fəal olduğu görünür. Çünki onun irəli sürdüyü siyahıda adlar fərqli olmaqla yanaşı, həm də “zəngin”dir. Ə. Kərimlinin iddiasına görə, Ələsgər Məmmədli, Müşfiq Cabbarov, Anar Məmmədov, İbrahim Hümbətov, Hafiz Babalı, Taleh Bağırzadə, Nazim Məmmədov (Baydəmirli), Akif Qurbanov və bu kimi digər konkret cinayət əməli törətdiklərinə görə, həbs olunan şəxslər “siyasi məhbus” hesab olunurlar. Halbuki, sözügedən şəxslərin əksəriyyəti istintaqda özlərini təqsirli bildiklərini etiraf edib və fəaliyyətlərində hər hansı siyasi əməl olmadığını qeyd ediblər.

Qanunvericiliyə görə, bir neçə dəfə cinayət törədən şəxs artıq cəmiyyət üçün təhlükə mənbəyi hesab olunur

Faktlara istinad etməklə demək olar ki, cinayət törətməyə öyrəncəli olan A.Məmmədli haqqında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb. 2013-cü ildə keçirilən prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən haqqında cinayət işi qaldırılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olunub. Ancaq ölkə Prezidentinin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib. A.Məmmədli göstərilən humanistliyi dəyərləndirib, normal fəaliyyətini qurmaq əvəzinə cinayət fəaliyyətini davam etdirib. Ümumiyyətlə A.Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb.SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edib. Sübuta yetirilib ki, SMDTM-in fəaliyyəti ABŞ-nin "Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilib. 07 fevral Prezident seçkiləri ilə bağlı Anar Məmmədli təxribat xarakterli hesabatın hazırlanmasına xidmət edəcək müşahidəçilər toplamaq üçün böyük canfəşanlıq göstərsə də yalnız, cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da insanların onu təxribatçı kimi tanıdıqlarını və çirkin məqsədinin nədən ibarət olduğunu tam şəkildə anlamalarından irəli gəlir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verib. Heç şübhəsiz ki, aldığı qrantlardan müəyyən qədər Ə.Kərimliyə də ötürüb. Qarşılığında A.Məmmdlinin təşkil etdiyi təxribatçılardan ibarət müşahidəçilərinin az qala 80 faizini AXCP Gənclər Komitəsinin üzvləri təşkil edirlər. Belə bir şəxsi “siyasi məhbus” olaraq təqdim etmək rüsvayçılıqdır və hüquqa, qanunlara qarşı hörmətsizlikdir. Ə.Kərimlinin, C.Həsənlinin, G.Hacıbəylinin “siyasi məhbus” kimi təqdim etməyə çalışdıqları, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan N.Məmmədov (Baydəmirli) da “siyasi məhbus” olmadığını bildirib.

Bir sözlə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət və xaricdəki anti-Azərbaycan qüvvələr həbs olunan şəxslərin fikrini nəzərə almadan belə onların adlarını hazırladıqları qondarma “siyasi məhbus” siyahısına daxil edirlər. Bu isə onu deməyə əsas verir ki, dağıdıcı müxalifət “siyasi məhbus” siyahısının genişləndirməklə daha çox qrant almağa ümid edirlər. Lakin siyahının saxta olduğu üzə çıxınca, bir daha özlərini rüsvay etmiş olurlar.

İLHAM ƏLİYEV

Digər xəbərlər