Siyasət

  • 527

8 noyabr Zəfər Günü – Həmrəylikdən Dəmir yumruğa gedən yol ŞƏRH

image

2020-ci il, 8 noyabr. Azərbaycanın yeni yazılmış tarixi, Qarabağımızı qovuşduran Zəfər tarixi. Ərazi bütövlüyümüzün, haqq və ədalətin bərpa olunduğu, Qarabağ Azərbaycandıra qovuşduğumuz qələbə tariximiz. 8 noyabr Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür

Belə bir fikir var: tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız Şuşamızda dalğalanmaqdadır. Xalq-İqtidar- Ordu birliyinin “Dəmir yumruqla” Zəfər Günü yazıldı.

Prezident İlham Əliyev: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”. Bu sözləri dövlət başçımız Prezident İlham Əliyev dekabrın 29-da dünya azərbaycanlılarını təbrik edərkən bildirmişdir. Qalib Sərkərdə, Prezident İlham Əliyev bildirib ki, bu qələbə xalq-iqtidar-ordu birliyinin Şanlı Zəfər Qələbəsidir: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Bəli, bu qələbə xalq-iqtidar-ordumuzun birliyinin nəticəsidir. Elə 2020-ci il dekabrın 10-da “Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı, məhz Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayişi idi. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti ilə dünya müharibələrində qazana bilmədiyi 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. Qarabağ Azərbaycandıra Qalib sərkərdəmizin Qarabağa səfərləri ilə həmin nidanı qoyduğu Zəfəridir.

Bu gün bu şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyev cənabları son 21 ildə yumruq siyasəti nəticəsində, xalq-iqtidar birliyinin yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməsidir ki, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoydu. Və xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi. Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Belə bir fikir var: tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bu gün bu şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyev cənabları son 21 ildə yumruq siyasəti nəticəsində, xalq-iqtidar birliyinin yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməsidir ki, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoydu. Və xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi.Ölkə rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Müharibədən dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi üçtərəfli bəyanatı yerinə yetirməkdən imtina edir, müxtəlif hərbi, siyasi təxribatlara əl atırdı. Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca "nəyi, nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 19-da başladılan və cəmi 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim oldular, separatçı rejimin varlığına son qoyuldu. Oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq qələbə oldu. Bu Qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!

Bəli, bu gün hər bir qələbmiz bir tarix, bir Zəfərdir. Bu qələbələrin, Zəfərlərin müəllifi Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti, Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığıdır. Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Bu zəfərin formulu isə Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir. 8 noyabr Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır! Zəfərin mübarək, Azərbaycan!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər