Siyasət

  • 597

Güclü siyasi zəmin üzərində qazanılan Zəfər ŞƏRH

image

Azərbaycanın dövlətçilik tarixində qazanılmış qələbələr içərisində xüsusi yeri olan Qarabağ zəfəri sadəcə silahlı əməliyyatlarla deyil, aparılmış məqsədyönlü siyasətlə əldə edilmişdir. XX əsrin 90-cı illərinin beynəlxalq siyasi şəraiti bizim üçün əlverişli olmadığından və bir çox subyektiv səbəblərdən itirdiyimiz Qarabağ torpaqlarını geri almaq asan başa gəlməyəcəkdi. Məlum məsələdir ki, regionda hərbi-siyasi üstünlük əldə etmək üçün strategiya qurulmalı və əhəmiyyətli zəmin yaradılmalı idi. Əsası xalqımızın lideri Heydər Əliyev tərəfindən qoyulmuş güclü iqtisadi, siyasi, hərbi, ideoloji zəmin üzərində ölkə prezidenti cənab İlham Əliyev tərəfindən eyni siyasi kursun yüksələn xətlə davam etdirilməsi bu gün Qarabağda tarixi ədalətin bərpasına gətirib çıxarmışdır. Cənab İlham Əliyevin təbirincə desək, “Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.”

Münxen Təhlükəsizlik Konfransının panel görüşlərində Prezident İlham Əliyev “ Erməni əsgəri Azərbaycanın işğal olunmuş ərazilərində nə gəzir? Ağdamda və Füzulidə? Niyə onlar öz şəhərlərinə - Yerevan və Gümrüyə qayıtmırlar? Ermənistanda o qədər də çox adam qalmayıb və Azərbaycanın işğal olunmuş ərazilərindəki insanlar üçün orada kifayət qədər yer var. Bunun əksinə, Ermənistan Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirir?” suallarını verərkən hətta beynəlxalq siyasi ekspertlər bu ritorikanın arxasında hansı hədəflərin dayandığını proqnoz edə bilmirdilər. 2019-cu ildə Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan baş nazirinin “təəccüb doğuran” bəyanatına cavab olaraq: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyərkən bu fikirlərin arxasındakı mənanı da anlamaq çətin oldu.

30 il ATƏT-in Minsk qrupu respublikanı və beynəlxalq ictimaiyyəti “Qarabağ münaqişəsinin sülh yolu ilə” həllinə foksladığı halda ölkənin iqtisadi-siyasi-hərbi potensialını gücləndirən, islahatlarla ölkəni Cənubi Qafqazın lider dövlətinə çevirən Prezident İlham Əliyevin əsas hədəfi suverenliyi bərqərar etmək olmuşdur. Nəticədə haqlı mübarizəmiz-44 günlük müharibə Böyük Zəfərlə başa çatdı. Peşəkar xarici siyasətin nəticəsdir ki, beynəlxalq təzyiqlərə qarşı respublikamızın rəhbəri cənab İlham Əliyev qətiyyətli mövqe sərgilədi. 10 noyabr bəyannaməsində nəzərdə tutulmuş bir çox məsələlər öz həllini tapdı. Dinc yolla Kəlbəcər, Ağdam, Laçın torpaqları geri qaytarıldı. Postmüharibə dövründə Lokal antiterror əməliyyatı ilə Qarabağdakı erməni terrorçularının “yuvaları” məhv edildi. Respublikanın suverenliyi tam bərqərar oldu. Bu Böyük Zəfəri xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu oldu.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər