Siyasət

  • 422

Şəmkirdə “8 Noyabr - Zəfər Gününə” həsr olunmuş intellektual yarış keçirilib TƏDBİR

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Şəmkir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, rayon təşkilatının məsul işçiləri və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları iştirak etdilər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. F.Vəliyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti sayəsində şanlı ordumuzun qazandığı tarixi qələbənin hər il qeyd olunması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq.

Çıxış edən Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən ƏləsgərovZəfər Gününün, xalqımızın uzun illər arzusunda olduğu azadlıq və ərazi bütövlüyünə qovuşması yolunda apardığı şərəfli mübarizəni əks etdirdiyini, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi olduğunu vurğulayıb.

Elşən Ələsgərov bildirib ki, İntellektual yarışın keçirilməsində məqsəd 8 noyabr - Zəfər Gününün qeyd olunması, yeniyetmə və gənclərin intellektual bacarıqlarının, bilik səviyyəsinin inkişafına kömək etmək, intellektual potensiala malik gəncləri aşkara çıxarmaq, gənclərin Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirilmələrinə şəraitin yaradılmasından ibarətdir.

İntellektual yarışın nəticələrinə əsasən I yerə “Qarabağ” komandası, II yerə “Polad Həşimov” komandası, III yerə "Liderlər” komandası layiq görülüb.

Yarışın sonunda Şəmkir rayonu Yeni Azərbaycan Partiyasının Şəmkir rayon partiya təşkilatının sədri Fəxrəddin Vəliyevedərək qalib komandaları təbrik edib, sonra qaliblər Fəxri Fərmanla mükafatlandırılıblar.

Sonda xatirə şəkili çəkdirilib.

Digər xəbərlər