PDF Oxu

Siyasət

  • 675

YAP Biləsuvar rayon təşkilatında partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib ŞƏRH

image

Noyabrayının 5-də YAP Biləsuvar rayon təşkilatının akt zalında partiya sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələrin təqdim olunması mərasimi təşkil olunmuşdu. Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya sıralarına yeni qəbul edilmiş üzvlər iştirak edirdilər.

Tədbirdə çıxış edən rayon təşkilatının sədri iştirakçıları partiyaya üzv olmaları münasibəti ilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz tarixi xidmətlərindən bəhs etdi.İştirakçıları qarşıdan gələn 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Dövlət Bayrağı Günü” münasibəti ilə təbrik edərək, Azərbaycanın Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərə imza atdığını bildirdi. K.Qurbanlı Partiyanın keçdiyi 30 illik tarixi yoldan, əldə olunmuş naliyyətlərdən, Partiya sədri, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyətindən söz açaraq öz fəaliyyətlərini məhz bu nümunə əsasında qurmalarını yeni partiya üzvlərinə tövsiyyə etdi. Yeni üzvlərə siyasi fəaliyyətilərində uğurlar arzuladıqdan sonra üzvlük vəsiqələrin təqdim olunma mərasimi keçirildi.

Tədbirin yekununda iştirakçılarla xatirə şəkli çəkildi.

Digər xəbərlər